Əsas Səhifə > Güney Press > Bakı Şəhər İcra Hakimiyyətində yeni kitabın təqdimatı keçirilib

Bakı Şəhər İcra Hakimiyyətində yeni kitabın təqdimatı keçirilib


9-12-2024, 14:51
Bakı Şəhər İcra Hakimiyyətində yeni kitabın təqdimatı keçirilib
Bakı Şəhər İcra Hakimiyyətində tanınmış tarixçi-alimlər, Millət vəkilləri,
elm, mədəniyyət və din xadimləri, jurnalistlər, Vətən Müharıbəsi veteranları
və qazilərin iştirakı ilə “Vətən müharibəsi tarixi. Azərbaycanın ərazi
bütövlüyünün bərpası – Şəxsiyyət faktoru” adlı yeni kitabın təqdimatı
keçirilib.
Təqdimat mərasimində çıxış edən Bakı Şəhər İcra Hakimiyyətinin
başçısı Eldar Əzizov bildirib ki, bu gün əminliklə deyə bilərik ki, ölkə
başçısı cənab İlham Əliyev tərəfindən yaradılan Azərbaycan dövlətinin
iqtisadi-siyasi modeli özünü tam döğruldub.
Qeyd edilib ki, Bakı Şəhər İcra Hakimiyyəti və AMEA Tarix İnstitutu ilə
birgə hazırlanan 44 günlük Vətən müharibəsinə həsr edilən əvvəlki kitabın
davamı olaraq çap edilən yeni kitab Vətən müharibəsindən keçən dövr
ərzində Azərbaycanda baş verən çox mühüm hadisələrə həsr edilib. “Vətən
müharibəsi tarixi. Azərbaycanın ərazi bütövlüyünün bərpası – Şəxsiyyət
faktoru” kitabında bir günlük anti-terror əməliyyatı nəticəsində ölkəmizin
suverenliyinin bərpası, Xankəndi, Ağdərə, Əsgəran, Xocavənddə dövlət
bayrağımızın ucaldılması və Xankəndidəki tarixi hərbi parad, qısa zaman
kəsiyində işğaldan azad edilən ərazilərdə həyata keçirilən genişmiqyaslı
quruculuq işləri, yeni infrastrukturun yaradılması, Böyük Qayıdış
Proqramına uyğun keçmiş məcburu köçkünlərin öz doğma yurdlarına
qayıdışı kimi çox mühüm tarixi hadisələr öz əksini tapıb. Nüfuzlu müəlliflər
heyətinin məqalələrinin toplandığı kitab çox nəfis tərtibatda çap olunub.
Təqdimat mərasimində çıxış edən AMEA-nın prezidenti, akademik İsa
Həbibbəyli, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri
Bahar Muradova, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə
Müvəkkili-Ombudsman Səbinə Əliyeva, Milli Məclisin deputatı Elman
Nəsirov, Azərbaycan Memarlar İttifaqının sədri Elbay Qasımzadə və
digərləri yeni çap edilən kitabın əhəmiyyətini qeyd edərək bu nəşrin
müharibə həqiqətlərinin və sonrakı dövrdə əldə edilən nailiyyətlərin təhlili
və gələcək nəsillərə düzgün çatdırılmasının geniş təbliğində mühüm rol
oynayacağını vurğulamışlar.
Yeni kitabin da bir sıra xarici dillərdə çapı nəzərdə tutulub

"DİA-AZ"

Bakı Şəhər İcra Hakimiyyətində yeni kitabın təqdimatı keçirilib
Bakı Şəhər İcra Hakimiyyətində yeni kitabın təqdimatı keçirilib
Bakı Şəhər İcra Hakimiyyətində yeni kitabın təqdimatı keçirilib
Bakı Şəhər İcra Hakimiyyətində yeni kitabın təqdimatı keçirilib

Geri qayıt