Əsas Səhifə > Güney Press / Ana xəbər > Lerikin icra başçısı pir ərazisini satışa çıxarıb

Lerikin icra başçısı pir ərazisini satışa çıxarıb


15-04-2014, 15:24
Lerikin icra başçısı pir ərazisini satışa çıxarıb
" Bütün dövlət qurumlarına rəsmi şikayət məktubu ünvanlamışam. Mənə niyə cavab vermirlər?. Mən axı Azərbaycan vətəndaşıyam. Son ümüd yerimizi internet saytlarını, qəzetləri bilib sizlərə üz tuturam. Bir sözlə bizi eşidən yoxdur və Dövlətin qanunları Lerik rayonun da hesaba alınmır". Lerik rayon sakini İbadov Ağarəhim Sərdar oğlu rəsmi məkdubla redaksiyamıza müraciət edib. Vətəndaş ünvanladığı məktubda göstərir ki, Lerik rayonu təbiət baxımından cənub bölgəsində ən perspektivli rayonlardan hesab edilir:

“Dağlarla əhatə olunan rayon da qonağlar üçün ailəvi istirahət mərkəzi inşa edilib. Lakin bəzi şəxslər dövlətin qanunlarını hesaba almayaraq isdədikləri kimi rayonda hegemonluq edirlər. Cənab Prezidentin fərmanında vurğulanıb ki, ziyarətgahlara yaxın ərazilərdə heç bir obyekt və istirahət mərkəzi inşa edilməsin. Bu da Cənab Prezidentin ziyarətgahların qorunması üçün humanist bir addımı idi. Bütün bunlara baxmayaraq “Baba ocağı” deyilən ziyarətgah ərazisinə yaxın obyekt inşa edilir”.

Ağarəhim İbadovun dediyinə görə bu barədə bütün dövlət qurumlarına şikayət məktubu ünvanlayıb. Lakin yazdıqları bu günə kimi cavabsız qalır. Qanunsuz tikilən obiyekt Lerik Rayonu Bırkandu kənd Bələdiyyəsi Hüseynov Vüqara məxsüs olduğu bildirilir.

Daxil olan məlumatlara görə Lerik Rayon İcra Hakimiyyəti Başçısı Rövşən Bağırov məsələni birinci müavininə həvalə edib. Amma işin arxasında pul marağı olduğundan Rövşən Bağırov da göz yumur.

Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.

Geri qayıt