Əsas Səhifə > Güney Press > Cənubi Koreyada hadisələr
Cənubi Koreyada hadisələrDünən, 09:32 |
Xəbər verdiyimiz kimi, ötən axşam Cənubi Koreya prezidenti Yun Sok Yol hərbi vəziyyət elan edib və bundan sonra ölkədə qarışıqlıq yaranıb. Yeniavaz.com BBC-yə istinadla indiyədək sözügedən ölkədə baş verənləri təqdim edir: Cənubi Koreya prezidenti Yun Suk Yol gecə saatlarında televiziya müraciətində demokratik ölkədə hərbi vəziyyət elan edib. O bu addımın ölkəni Şimali Koreya ünsürlərindən və dövlət əleyhinə qüvvələrdən qorumaq üçün lazım olduğunu bəyan edib. Bundan sonra bütün ölkə üzrə, xüsusilə paytaxt seulda ketləvi etiraz aksiyaları başlayıb, hərbçilərlə sadə vətəndaşlar arasında qarşıdurmalar yaşaşnıb. Prezidentin sözügedən qərarından iki saat keçməmiş 300 üzvdən 190-nın iştirakı ilə Cənubi Koreya parlamenti hərbi vəziyyətlə bağlı qərarı etibarsız elan edib. Daha sonra Prezident Yun geri addım ataraq hərbi vəziyyətin ləğv ediləcəyini bəyan edib. Parlament qarşısında nümayişlər hələ də davam etməkdədir. Bu gün səhər tezdən Yunun administrasiyasından bir çox siyasətçi kütləvi şəkildə istefa verməyi təklif ediblər. Lakin prezidentin özü hələ ictimaiyyət qarşısında çıxış etməyib. Hazırda Prezident Yun Sok Yolun istefa verəcəyi, yoxsa impiçmentinin tələb olunacağı müzakirə olunur. Geri qayıt |