Əsas Səhifə > Güney Press, Partiya > "Gürcüstanda seçkilərdə qanun pozuntuları olmayıb"

"Gürcüstanda seçkilərdə qanun pozuntuları olmayıb"


Dünən, 00:24
"Gürcüstanda seçkilərdə qanun pozuntuları olmayıb"
Regionda Gürcüstan müxalifətinin parlament seçkilərinə etiraz olaraq aksiyalara başlaması gündəmi zəbt edir. Diqqət çəkən məqam etirazçıların Avropa İttifaqının bayrağı ilə irəliləməsi, hətta parlament binasına qədər daxil olmalarıdır. Bu fakt Qərbin, Avropanın etiraz aksiyalarının təşkilində məsul olduğunu ortaya qoymaqla ciddi oyunların aparıdlğına işarə edir. Gürcüstanda nələr baş verir və bu, regiona nə vəd edir?

Bu istiqamətdə hafta.az-a açıqlama verən millət vəkili Arzu Nağıyev bildirib ki, Qərbin, Avropanın marağı ayrı-ayrı dövlətlər vasitəsi ilə Cənubi Qafqazada nəzarəti ələ almaq və bölgəni idarə etməkdir.

Onun sözlərinə görə, Qərb, Avropa Ukrayna, Moldova məsələsində fiaskoya uğradığı üçün indi də Cənubi Qafqazı qarışdırır. Ermənistanı özünün müşahidə missiyası, silahları ilə nəzarətə alan Qərb Gürcüstanda da bunu tətbiq etmək istəyir.
Deputat Azərbaycanın apardığı müstəqil siyasətin Qərbin Cənubi Qafqaz siyasətinə maneə olan əsas məsələ olduğunu və onu zəiflətmək üçün çabaladığını deyib.

“Xarici qüvvələr Ermənistandan sonra Gürcüstanla Cənubi Qafqaza nəzarət coğrafiyalarını genişləndirmək istəyir. İstəkləri budur ki, Gürcüstanda özlərinə uyğun parlament, prezident olsun ki, bu ölkəni idarə edə bilsinlər. Qərb bununla da Gürcüstana qonşu, müttəfiq olan ölkələrə də rahat şəkildə təsir etmək imkanı qazanacaq”.

A.Nağıyev Gürcüstan-Azərbaycan Parlament qrupunun üzvü olaraq Gürcüstanda keçirilən seçkilərdə iştirak etdiklərini və orada hər hansı saxtakarlığın müşahidə olunmadığını önə çəkib.

“Gürcüstanda seçkilərdə qanun pozuntuları olmadı. MSK-nın son iclasında parlamentin legitim olduğu elan edildi. Hətta orada da vəziyəti qarışdırmaq üçün MSK sədrinin üstünə mürəkkəb atdılar. Lakin MSK sözünü dedi və Gürcü Arzusu Partiyasının parlamentdə qalibiyyətini elan etdi. Ondan sonra bir sıra təyinatlar oldu. Dekabrın 14-də prezident seçkilərinin olacağı elan edildi. Prezident seçkiləri Gürcüsatan əhalisi tərəfindən deyil, deputatlar və 150 xüsusi nümayəndə tərəfindən seçiləcək. Artıq bugünkü prezident Salome Zurabaşvili bilir ki, onun son addımlarıdır. Onun impicment məsələsi qoyula bilər. Gürcü baş nazir də qeyd etdi ki, o öz pozstundan getməldir. Zurabaşvili isə elan edir ki, parlament legitim deyil, postunu tərk etməyəcək. Bu gün Salome Zurabaşvilinin xalqın içində dayanması siyasi gedişdir”.

A.Nağıyev Gürcüstan vətəndaşlarının həddən artıq siyasiləşdiyini deyib. O, bunun səbəbini Avropa İttifaqı və o quruma daxil olan dövlətlərin təsiri və QHT-lərlə əlaqələndirib. Onun sözlərinə görə, etirazçılar arasında hansısa müxalifət partiyaları görünmür. Burada öndə dayananlar QHT-lər və onları çəkən maraqlı qruplardır.

“Ukrayna təcrübəsində də onlara NATO və Avropa İttifaqına üzvlük vədləri verilirdi. Amma heç bir iş görülmədi. Bu eynilə Gürcüstanda da tətbiq olunur.

Hakim partiya mütəmadi olaraq açıqlamalarında bəyan edir ki, Gürcüstanı Ukraynaya çevirmək mümkün deyil”.
Deputat eyni zamanda Qərbin Gürcüstanda Rusiyanın nüfuzunu sarsmağa çalışdığını vurğulayıb. Bildirib ki, etiraz aksiyalarında Rusiya vətəndaşlarının həbs edilməsi göstərir ki, burada siyasi gedişlər var.
“Gürcüstan gələcəkdə Rusiya ilə torpaqların qaytarılması, suverenliyinin bərpası ilə bağlı müəyyən addımlar ata bilər”.
Geri qayıt