Əsas Səhifə > Güney Press > Qafqazda qanlı ssenari: 1995-də Bakıda alınmadı, indi təkrarlanır
Qafqazda qanlı ssenari: 1995-də Bakıda alınmadı, indi təkrarlanırDünən, 16:01 |
“Cənubi Qafqaz Soyuq müharibənin başa çatmasından sonra həmişə Qərb və Rusiya arasında geosiyasi mübarizə meydanı olub. Qərb üçün bu bölgədə möhkəmlənmək təkcə Rusiyanın xarici təsirlərinin azaldılması yox, həm də Şimali Qafqaz üzərindən müdaxilə imkanları qazanmaq deməkdir”. Bu sözləri Globalinfo.az-a siyasi şərhçi Asif Nərimanlı deyib. Onun sözlərinə görə, Rusiya buna müqavimət göstərmək və sərhədlərinə yarana biləcək təhlükələrin qarşısını almaq üçün bölgəyə xüsusi diqqət yetirir: “Nəticədə Qafqaz geosiyasi mübarizənin poliqonuna çevrilib. Bu müharibədə hibrid üsullar daha çox istifadə edilir, “rəngli inqilab” ssenariləri, hərbi çevrilişlər də bu taktikalardan biridir. 1995-ci ildə Azərbaycanda dövlət çevrilişinə cəhd bütövlükdə geosiyasi mübarizənin tərkib hissəsi idi. Qərb xüsusilə Türkiyədə müəyyən qüvvələrdən aktiv şəkildə istifadə edirdi. Təbii ki, bu cür cəhdlərdə böyük oyunçuların öz maraqları olduğu kimi, regional oyunçular, yaxud ölkələrin də öz maraqları olur. Misal üçün livanlı erməni biznesmenin həmin çevriliş cəhdində dolayısı ilə iştirakı haqda məlumatlar Ermənistanın maraqlarından xəbər verirdi. Azərbaycanda buna nail ola bilmədilər. Əvəzində Rusiya Ermənistanda Ter-Petrosyanın devrilməsi ilə nəticə əldə etdi. 2003-cü ildə Tbilisidə “qızılgül inqilabı” Qərbin cavabı idi”. A.Nərimanlı qeyd edib ki, 2013-cü ildə Rusiya Gürcüstanda mövqelərini müəyyən qədər bərpa etdi, 2018-ci ildə isə Qərb eyni üstünlüyü Ermənistanda qazandı: “Hazırda Gürcüstanda baş verənlər bu mübarizənin açıq müstəvidə davam etməsidir. Təcrübə təsdiq edir ki, inqilab region ölkələrinə divident gətirməyib, əksinə itkilərlə müşahidə edilib. Gürcüstan bunun ən real nümunəsidir. Ermənistan isə faktiki olaraq bu mübarizədə poliqona çevrilib. Tbilisidə hər iki ssenari itkilərlə nəticələnəcək. Hakimiyyət etirazçıları geri çəkilməyə məcbur edəcəksə, bu, Gürcüstan üçün həm siyasi, həm iqtisadi itkilər gətirəcək. Hakimiyyət devrilsə, Gürcüstan regional müstəvidə çətinliklərlə üzləşəcək. Misal üçün, Qərb bu ölkəni Rusiyaya qarşı müharibədə istifadə edəcək ki, bunun nə ilə nəticələndiyi əvvəldən bəllidir. Hazırda isə Gürcüstanda cəmiyyətin parçalanması baş verib”. Geri qayıt |