Əsas Səhifə > Güney Press > İran mediasından təxribat:
İran mediasından təxribat:3-12-2024, 13:06 |
Suriyada gedən proseslər fonunda İran mediası baş verənləri “yeni tranzit müharibəsi” adlandırıb. Tribunainfo.az xəbər verir ki, Tehran nəşrləri məsələni qaz və nəqliyyat xətlərinin çəkilməsi prosesinə qədər hər şeyin prosesə daxil olduğunu iddia edirlər. “Tasnim” Agentliyi isə “Suriyadakı iğtişaşların pərdəarxası: Yenə tranzit, yenə terror!” başlıqlı məqaləsində həmin marşrutlar, eyni zamanda bölgədəki nəqliyyat dəhlizləri məsələsinə toxunaraq, ən “perspektivli”, “ən mümkün”lərinin xəritəsini paylaşıb. Həmin məqalədə qeyd edilir ki, Qərb Yaxın Şərqdəki enerji qaynaqlarına daha asan çıxış yolu əldə etmək üçün Suriyada yenidən savaşa başlayıb. Bu prosesdə Çin və Rusiyanın başqa mövqe tutduğunu bildirən yazının müəllifi iddia edib ki, hadisələrin bundan sonrakı gedişatı İsrailin də prosesə qoşulmasını göstərəcək. Lakin məqalədə diqqət çəkən məqam oradakı fikirlər yox, dərc edilmiş xəritədir. Tribunainfo.az xəbər verir ki, həmin xəritədə Çindən Qərbə, Cənubdan Şimala uzanan bütün nəqliyyat dəhlizlərindən bəhs olunur. Hətta bu yollardan birinin İrandan keçərək, Ermənistana, oradan da Qara dənizə çıxıldığı belə göstərilir. Lakin heç bir şəkildə bu yollardan hər hansı birinin Azərbaycan üzərindən keçdiyi qeyd edilməyib. Halbuki Azərbaycan, həm Orta, həm də Cənub-Şimal dəhlizinin düz mərkəzindədir və bunu həmin layihələrin müəllifi olan ölkələr belə inkar etmirlər. Bəs, İran niyə belə bir yanaşma sərgiləyir? Həmin xəritədən aydın görünür ki, “Tasnim” Agentliyi bütün yolların İrandan keçdiyini qeyd edib. Yəni, İran guya, bütün yolların mərkəzindədir və onsuz heç bir marşrut mümkün deyil. Təbii ki, bu iddianı edən tərəf həmin yolların Azərbaycandan da keçdiyini xəritədə göstərsəydi, o zaman İranın əhəmiyyətliliyi ikinci plana keçəcəkdi. Çünki xəritədə maşrutların keçmə istiqamətlərində Azərbaycanın qeyri-ixtiyari logistik mərkəz olduğu görünəcəkdi. Elə ona görə də, İran qısqanclıq səbəbindən bu məsələnin üzərindən keçərək, Ermənistana belə yer versə də, Azərbaycanın adını çəkməkdən yayınıb. Geri qayıt |