Əsas Səhifə > Güney Press > Könül Kərimovadan illər sonra ETİRAF:
Könül Kərimovadan illər sonra ETİRAF:3-12-2024, 13:00 |
“Qayınanamı çox istəmişəm”. Yenicag.az xəbər verir ki, bu sözləri müğənni, Əməkdar artist Könül Kərimova “Yeddi tamam” verilişində deyib. Sənətçi keçmiş qayınanası ilə münasibətindən danışıb və boşanmalarının ona pis təsir etdiyini bildirib: “Qayınanamı çox istəmişəm, hər şeydən əvvəl doğma xalam idi. Bunu tam rahatlıqla deyirəm, baxanlar biləcək. Çünki ətraf buna şahiddir. O da həmişə məni çox istəyib, övladı kimi. Hətta yadıma gəlir, o biri gəlinlərlə mənə ayrıseçkilik qoyurdu. Yavaşca deyirdim, qətiyyən, birdən onlar inciyər, birdən deyərlər ki, özününküdür, onu daha yaxın tutur. Əlbəttə, ayrılığımız ona pis təsir etdi”. Geri qayıt |