Əsas Səhifə > Güney Press > “Cənubi Qafqazda xaos yaratmaq istəyirlər”
“Cənubi Qafqazda xaos yaratmaq istəyirlər”Dünən, 14:10 |
Keçən gün Qərbi Azərbaycan İcması Yunanıstanın Ermənistanı silahlandırması ilə bağlı bəyanat yayıb. Bildirilib ki, bütün bunlar regiondankənar aktorların Ermənistanı silahlandırmaq, Cənubi Qafqazı geosiyasi rəqabət meydanına çevirmək siyasətinin tərkib hissəsidir: “Biz Qərbi azərbaycanlıları öz dədə-baba yurdlarımızdan didərgin salmış, 30 il ərzində Azərbaycan torpaqlarını işğal altında saxlamış, hələ də Konstitusiyasında ölkəmizə qarşı ərazi iddiasını davam etdirən təcavüzkar bir ölkənin silahlandırılması yolverilməzdir”. Qərbi Azərbaycan İcması Yunanıstanı məsələlərə etnik və dini təəssübkeşlik prizmasından baxmamağa və regionda vəziyyəti gərginləşdirən təhlükəli addımlardan çəkinməyə çağırıb. Mövzu ilə bağlı “Cebheinfo.az”-a açıqlama verən politloq Tofiq Abbasov bildirib ki, Yunanıstan NATO-nun üzvüdür və bir çox məsələlərdə kollektiv Qərbin, o cümlədən, ABŞ-nin təzyiqləri və tapşırıqları qarşısında heç bir müqavimət göstərmədən hər şeyə razı olur: “Əlbəttə ki, bu, tək suveren Yunanıstanın qərarı deyil. Çox güman ki, Yunanıstan burda tapşırığı yerinə yetirir. Bu tapşırıq da ABŞ və NATO rəhbərliyi tərəfindən gəlir. Faktiki olaraq S-300-lər Rusiya istehsalı olan silahlardır. Birincisi, Qərb ölkələrində, o cümlədən, NATO üvzlərində təmizləmə prosesinə star verilib. Digər tərəfdən isə burada ikibaşlı xeyir götürmə məsələsi gündəmə gəlir ki, Ermənistanı artıq Qərbin yeni vassalı kimi Azərbaycana qarşı silahlandırsınlar. Bizim bölgədə elə bir şərait yaratsınlar ki, burada üstünlük Ermənistan tərəfdə olsun. Ancaq bunlar xülya və fantaziyadan başqa bir şey deyil. Çünki birincisi Azərbaycan son dərəcə güclü ölkədir, geosiyasi və hərbi potensial və orduların döyüş qabiliyyəti baxımından Azərbaycan dəfələrlə Ermənistanı üstələyir. Bəs əgər belədirsə, niyə Ermənistanın üzərinə belə bir öhdəlik qoyulub ki, siz silahlanın və məqamı çatanda Azərbaycana müharibə elan edin?” Ermənistanı silahlandıranlar heç də onlara dəstək və ya xalqa kömək eləmək fikrində deyillər: “Burada əsas məqsəd bizim bölgədə eskalasiya, gərginlik, qarşıdurma, xaos yaratmaqdır. Belə olduğu şəraitdə müharibə ehtimalı artır. Əgər müharibə ehtimalı artacaqsa, onda Qərb fürsətdən istifadə edərək çalışacaq ki, bütün imkanlarını proseslərə qatsın, Cənubi Qafqaz və Ermənistanın xeyrinə olaraq hərbi kontingent yerləşdirsin. Məsələn, Kanada Avropa İttifaqında yoxdur. Amma biz Kanadanın da burda son dərəcə fəal iştirakinı görürük. Kanadanın bizim bölgəyə nə dəxli var? Bu proseslərə yenə də Qərbin ümumi, vahid yanaşması çərivəsində qatılıb. Onlar heç də Ermənistana dəstək və ya xalqına kömək eləmək fikrində deyillər. Onlar sadəcə öz proqramlarını həyata keçirirlər ki, postsovet məkanında, xüsusilə də həssas olan Cənubi Qafqazda özlərinin fiziki mövcudluğunu təmin etsinlər. Bunun üçün Fransa, ABŞ, Niderland və hətta İrilandiya canfəşanlıq edir və çalışır ki, Ermənistana dəstək göstərərək Cənubi Qafqazda Qərbin mövcudluğunu təmin etsinlər. Ancaq bu, o demək deyil ki, onlar nə istəyirsə, edə bilər. Çox güman ki, əksi olacaq”. Tofiq Abbasov qeyd edib ki, sonda ölkəmizin sözü həlledici olacaq və biz heç bir qüvvəyə daxili işlərimizə qarışmağa imkan verilməyəcək: “Azərbaycan ilk növbədə güclü dövlətdir. Digər tərəfdən, biz imkan verməyəcəyik ki, sərhədlərimiz boyu ərazilərimizdə xarici qonşular olsun və kontingent yerləşdirilsin. Prezident İlham Əliyev bildirmişdik ki, o, guya vətəndaş missiyası adı altında bölgəyə gələn müşahidəçilər Azərbaycanda ola bilməz. Gətirirsiz, Ermənistana gətirin. Biz onlara imkan verməyəcəyik. Onlar da indi casusluqla məşğuldular. Çalışırlar bütün prosesləri Qərbdə yerinə yetirsinlər ki, Azərbaycanı, İranı və Rusiyanı burda sıxışdırsınlar. Amma bu zənn edirəmki, alınan iş deyil. Biz burda Ermənistanın nə dərəcədə riyakarlıq etdiyini görürük. Bir tərəfdən. guya Ermənistan KTMT-nin üvzüdür, amma onun iclaslarına getmir. Digər tərəfdən, çalışır ki, özünü müstəqil bir tərzdə ifadə etsin, guya özlərinin müstəqil siyasəti var”. Geri qayıt |