Əsas Səhifə > Güney Press > ABŞ Rusiya və İrana kosmosdan zərbə endirəcək

ABŞ Rusiya və İrana kosmosdan zərbə endirəcək


3-12-2024, 12:05
ABŞ Rusiya və İrana kosmosdan zərbə endirəcək
ABŞ Yerə yaxın kosmos fazasına gələcəkdə müharibələrin aparılacağı sahə kimi baxır.

Publika.az xəbər verir ki, bu barədə Rusiya Baş Qərargahının keçmiş rəisi, general Yuri Baluevski deyib.

Baluevski qeyd edib ki, Rusiyada Yerin uzaqdan zondlanması (obyektlə fiziki təmas olmadan məlumatların əldə edilməsi) üçün cəmi 12, ABŞ və NATO-da isə təxminən 600 qurğu var.

“Bu, Rusiyadakı bütün nüvə hədəflərinə kosmosdan zərbə endirmək imkanı verir. Nüvə silahının kosmosda yerləşdirilməsi və müharibənin kosmosda aparılması zaman məsələsidir. Rusiyanın kosmik idarəetmə sistemi nüvə başlıqlarının ABŞ-ın kosmik gəmisindən ayrılmasını aşkar edə bilmir.

ABŞ raketlərinin döyüş başlıqlarının ayrılması yerüstü kosmik idarəetmə sistemlərinin müşahidə zonasından kənarda baş verə bilər. ABŞ-ın gizli kosmik gəmisi olan X-37 vasitəsilə təkcə Rusiyada yox, Şimali Koreya və İran ərazisindəki hədəflərin də məhv edilməsi mümkündür”, - o deyib.

Geri qayıt