Əsas Səhifə > Güney Press > Nəsimi rayonunda 3 dekabr- Beynəlxalq Əlillər günü ilə əlaqədar silsilə tədbirlər keçirilib

Nəsimi rayonunda 3 dekabr- Beynəlxalq Əlillər günü ilə əlaqədar silsilə tədbirlər keçirilib

3-12-2024, 11:55
Nəsimi rayonunda 3 dekabr- Beynəlxalq Əlillər günü ilə əlaqədar silsilə tədbirlər keçirilib
3 dekabr- Beynəlxalq Əlillər günü ilə əlaqədar Nəsimi rayonunda tədbir
keçirilib.Tədbirdə Nəsimi rayon İcra Hakimiyyətinin məsul əməkdaşları, 100-dən artıq
əqli və fiziki cəhətdən qüsurlu uşaqlar və aztəminatlı ailələrin uşaqları iştirak edib.
Tədbirdə Nəsimi rayon İcra Hkimiyyətinin,Yeni Azərbaycan Partiyası Nəsimi rayon
təşkilatının, Bakı şəhəri üzrə Təhsil İdarəsinin məsul əməkdaşları, və sağlamlıq
imkanları məhdud olan uşaqlar, valideynlər iştirak edib.
Tədbirdə çıxış edən Nəsimi rayon İcra Hakimiyyəti Başçısının birinci müavini Gülarə
Verdiyeva qeyd etdi ki, keçirilən tədbirlərin məqsədi əlilliyi olan şəxslərin hüquqlarını
müdafiə etmək, onların cəmiyyətə tam və bərabər inteqrasiyasını təmin etməkdir. Bu
günlə bağlı rayonumuzda müxtəlif tədbirlər, sərgilər və ictimai maarifləndirmə
kompaniyaları təşkil olunur. Eyni zamanda əlillərin sosial müdafiəsi və reabilitasiya
istiqamətində dövlət programları həyata keçirilir. Azərbaycan Respublikasının Prezidenti
cənab İlham Əliyevin uğurlu sosial siyasəti Azərbaycanda əlilliyi olan şəxslərin də sosial
təminatı, reabilitasiyası və cəmiyyətə inteqrasiyasının dəstəklənməsi tədbirlərinin ildən-
ilə genişlənməsinə imkan verib. Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım
Əliyeva ölkədə əlilliyi olan şəxslərin hüquqlarının qorunması və sosial müdafiəsinin
gücləndirilməsi istiqamətində çoxsayli lahiyələr həyata keçirir. Mehriban xanımın
rəhbərlik etdiyi Heydər Əliyev fondu bu sahədə bir çox təşəbbüslər irəli sürüb və sosial
lahiyələr həyata keçirib. Belə ki, əlilliyi olan şəxslərin yaşayış şəraitinin yaxşılaşdırılması
üçün evlərin tıkılməsi və təmir edilməsi, müasir reabilitasiya mərkəzlərinin yaradılması,
maddi rifahların yüksəlməsi, müalicə olunması, maşınla təmin edilməsi, təqaüdlərin
artırılması sahəsində genişmiqyaslı işlər həyata keçirilir. Əlilliyi olan şəxslərə dövlət
büdcəsi hesabına verilən reabilitasiya vasitələri növlərinin siyahısı xeyli genişləndirilib.
44 günlük Vətən müharibəsindən sonra müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə son
nəsil müasir protezlə təmin olunub. Əlilliyi olan şəxslərin istedad və bacarıqlarının
aşkara çıxarılaraq cəmiyyətə tanıdılması üçün ümumrespublika yarış və müsabiqələri,
sərgilər də davamlı xarakter alıb. Həmçinin əlilliyi olan şəxslərin məşğulluq və
özünüməşğulluq imkanlarının artırılması daim diqqətdə saxlanılır, paralimpiya hərəkatı
ildən-ilə daha da genişlənir. Bütün bu tədbirlər ölkəmizdə əlilliyi olan şəxslərlə bağlı fəal
dövlət siyasətinin aparıldığını göstərir. Dövlət başçısının imzaladığı Fərman və
Sərəncamlar nəticəsində xüsusilə son illərdə bu sahədə ciddi irəliləyişlər əldə olunub,
minimum pensiya 2,5 dəfə, orta aylıq pensiya 2 dəfədən çox, müavinət və təqaüd
ödənişləri 5 dəfə artıb. Onu da qeyd etməliyəm ki, fiziki qüsurlu uşaqlar üçün təşkil
edilən satış yarmarkaları, onların istedadlarını, bacarıqlarını nümayiş etdirmək məqsədi
daşıyır. Bu cür tədbirlər adətən uşaqların əl işlərinin, rəsmlərinin, suvenirlərinin və digər
yaradıcılıq məhsullarının satışını təmin edir. Belə yarmarkaların məqsədləri, uşaqların
yaradıcılığını dəstəkləmək, fiziki qüsurlu uşaqların yaradıcı potensialını cəmiyyətə
tanıtmaq, onların özlərinə inamını artırmaq və uğur qazanmaq üçün motivasiya
yaratmaqdır. Belə yarmarkalar həm uşaqların, həm də valideynlərinin həyatına müsbət
təsir göstərərək onların gündəlik həyatına sevinc qatır. Bu tədbirlərdə bizlərdə iştirak
edərək onlara öz dəstəyimizi göstərə bilərik. Sonda sağlam və sağlamlıq imkanları
məhdud dərnək üzvləri tərəfindən bədii hissə nümayiş etdirilmiş, onların əl işlərindən
ibarət satış-sərgisi təşkil olunmuşdur.

"DİA-AZ"

Geri qayıt