Əsas Səhifə > Güney Press > Azərbaycanda iş adamı avtomobil şirkətlərindən birini bağladı

Azərbaycanda iş adamı avtomobil şirkətlərindən birini bağladı


3-12-2024, 11:28
Azərbaycanda iş adamı avtomobil şirkətlərindən birini bağladı
Azərbaycanda avtomobil idxalı və satışı ilə məşğul olan şirkət ləğv olunub.
İqtisadiyyat.az xəbər verir ki, bu, “European Cars” Məhdud Məsuliyyətli Cəmiyyətidir.

Belə ki, sözügedən şirkət “Dream Auto” Məhdud Məsuliyyətli Cəmiyyətinə qoşulur.

Qeyd edək ki, “European Cars” 2012-ci ildə, “Dream Auto” isə 2018-ci ildə dövlət qeydiyyatına alınıb. Hər iki şirkətin sahibi Məmmədov Vüqar İmaməli oğludur.

“Dream Auto” MMC 2019-cu ildən Audi markalı avtomobillərin rəmsi idxalçısı kimi fəaliyyət göstərir. Alman avtomobil şirkəti - Audi "Volkswagen" qrupunun üzvüdür.

Geri qayıt