Əsas Səhifə > Güney Press > İşğaldan azad edilmiş ərazilərin beynəlxalq mediada təbliğinə PUL AYRILDI
İşğaldan azad edilmiş ərazilərin beynəlxalq mediada təbliğinə PUL AYRILDI3-12-2024, 13:58 |
Qarabağ Dirçəliş Fondu “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinin (bundan sonra Qarabağ və Şərqi Zəngəzur) beynəlxalq media platformalarında, eləcə də müvafiq materiallarda təbliği məqsədilə hərtərəfli Kommunikasiya Strategiyasını işlənib hazırlanması xidməti (Rusiya) (26.400.000,00-RUBL)” tenderinin nəticələrini elan edib. "DİA-AZ" xəbər verir ki, tenderin qalibi “B.Bright Communications” MMC (Rusiya) olub. Qalib şirkətlə 26 400 000 manat məbləğində müqavilə imzalanıb. Qeyd edək ki, “B.Bright Communications” MMC Rusiya mərkəzli marketinq və kommunikasiya şirkətidir. Şirkət əsasən ictimai əlaqələr, rəqəmsal strategiya, brend konsultasiyası və tədbir marketinqi kimi xidmətlər göstərir. Geri qayıt |