Əsas Səhifə > Güney Press > Vaşinqton Ankaradan dəstək gözləyir

Vaşinqton Ankaradan dəstək gözləyir


3-12-2024, 10:47
Vaşinqton Ankaradan dəstək gözləyir
ABŞ administrasiyasının fikrincə, Ankara Suriyadakı vəziyyətin həll olunması üçün öz təsirindən istifadə etməlidir.
AzVision.az xəbər verir ki, ABŞ Dövlət departamentinin mətbuat xidmətinin rəhbəri Mettyu Miller belə bəyanatla çıxış edib.

“Dünən Dövlət katibi Türkiyənin Xarici İşlər naziri ilə danışıb. Bölgədəki ölkələrin nümayəndələri ilə bütün söhbətlərimizdə biz hər bir ölkəni bütün təsir imkanlarından istifadə etməyə, eskalasiya və deeskalasiyanı dayandırmağa çalışmaqda davam edirik. İstəmirik ki, heç bir ölkə Suriyadakı vəziyyətdən, oradakı qeyri-sabitlikdən istifadə etsin. Biz istəyirik ki, bütün ölkələr öz təsir imkanlarından, təsir rıçaqlarından istifadə etsinlər. Eskalasiyanın sona çatmasını, mülki əhalinin qorunmasını və nəticədə siyasi prosesin irəli getməsini təmin etsinlər”, - ABŞ və Türkiyə diplomatiya departamentlərinin rəhbərlərinin söhbətinin detallarını açqıalamasa da, Mettyu Miller jurnalistlərin çoxsaylı suallarına cavab verib.

Amerikalı məmur Vaşinqtonun Suriya prezidenti Bəşər Əsədlə bağlı siyasətinin dəyişmədiyini də diqqətə çatdırıb. Amma əvvəllər dəfələrlə bildirildiyi kimi, ABŞ-nin Əsədin öz postunu tərk etməsini istəməsinə aydınlıq gətirməkdən boyun qaçırıb.

Mettyu Miller ənənəvi qaydada Suriyada yaşanan hadisələrdə ABŞ-nin iştirakı ilə bağlı yayılan xəbərləri yalan adlandırıb.

- Əlbəttə ki, biz bu təşkilatı heç bir şəkildə, halda və formada dəstəkləmirik. Bilirəm ki, sosial şəbəkələrdə müxtəlif söz-söhbətlər gəzir, lakin bəzi hallarda inandırıcı görünən insanlar bu hücumun arxasında bir növ bizim dayandığımızı iddia edirlər. Bu, hər cür, forma və münasibətdə yalandır”, - ABŞ Dövlət departamentinin mətbuat xidmətinin rəhbəri iddia edib.

Geri qayıt