Əsas Səhifə > Güney Press > Erməni deputat Paşinyanın təklifini

Erməni deputat Paşinyanın təklifini


2-12-2024, 17:38
Erməni deputat Paşinyanın təklifini
“Mən Ermənistanın baş nazirinin deputatlıqdan istefa vermək xahişini rədd etməyə məcburam”.

Modern.az xəbər verir ki, bunu 24news.am-a müsahibəsində hakim “Mülki müqavilə” partiyasından olan deputat Ovik Ağazaryan deyib.

O bildirib ki, dostları ilə təmaslar nəticəsində bu qənaətə gəlib.

Xatırladaq ki, Ermənistanın baş naziri Nikol Paşinyan Ovik Ağazaryana deputat mandatından imtina etməyi təklif etmişdi.

“Baş nazirin xahişini rədd etməliyəm, çünki həyatımın ən çətin qərarı subyektiv ola biləcək digər səbəblərlə yanaşı, aşağıdakı iki vəziyyətə əsaslanırdı:

- Milli Assambleyada dinləmələr zamanı cənab Kyaramyan açıq şəkildə bildirdi ki, oğlumun iştirakı ilə şirkətə qarşı cinayət işi üzrə ona vəsatət verilib. Faktla bağlı cinayət işi başlanıb;

- Şahid qismində iştirak etdiyim xırdabuynuzlu mal-qaranın ixracı ilə bağlı iş üzrə də cinayət işi başlanıb. Ona görə də Baş nazirin xahişini qəbul etsəm, sonradan məlum olanda ki, mənim heç bir günahım yoxdur, cəmiyyətdə belə bir təəssürat yarana bilər ki, mənə hansısa sövdələşmə təklif olunub və mən bunu qəbul etdim.

Proseslərdən heç olmasa biri mənim təqsirli olduğumu sübut etsə, təbii ki, deputat mandatımdan məhrum olacağam”, - Ovik Ağazaryan deyib.

Geri qayıt