Əsas Səhifə > Güney Press > Rusiya tarixində 83 il sonra ilk
Rusiya tarixində 83 il sonra ilk2-12-2024, 17:31 |
Rusiya 2025-ci il dövlət büdcəsinin 32,5 faizini hərbi xərclərə ayıracaq. Bu, Rusiya tarixində rekord hesab oluna bilər. Sonuncu dəfə belə göstərici 1941-ci ildə olmuşdu. Rusiya nəyə nail olmaq istəyir? Atılan bu addımın izahı nədir? Kreml “müharibə iqtisadiyyatı”na keçid edir? Globalinfo.az-a danışan politoloq Vaqif Hüseyn deyib ki, dövlət büdcəsinin 32,5 faizini hərbiyə ayırmaq Rusiya tarixi üçün rekord məbləğdir: “Görünür, Rusiya Ukrayna ilə müharibəni öz xeyrinə bitirməyi hədəf seçib. Reallıq bundan ibarətdir ki, Rusiya Prezidenti Vladimir Putin və komandası geri çəkilmək barədə düşünmür. Çünki yaxşı bilirlər ki, geri çəkilmək həm Rusiya, həm də rejim üçün faciəvi sonluqla bitə bilər. Hərbiyə ayrılacaq xərclərin konkret nəyə sərf olunacağını demək çətindir, lakin iki məsələ daha çox diqqət çəkir: Birincisi, səfərbərlikdir. Rusiya genişlənən cəbhə xəttinə, həmçinin arxa cəbhəni qorumaq üçün səfərbərlik elan edə bilər. Bu olduqca xərcli prosesdir. Çünki səfərbərliyə cəlb ediləcək insanların silah-sursat və qida təminatı böyük vəsait tələb edir. İkinci məsələ isə daha dağıdıcı və ağır silahlardan istifadədir. Onsuz da nüvə silahının tətbiq edilməsindən tez-tez bəhs olunur. Bu silah olmasa da, Rusiya arsenalındakı ağır silahlardan istifadə edə bilər. Nəticə etibarilə Kreml bu gedişi ilə Qərbə mesaj verir ki, “əlimdəki hər şeylə müharibə apara bilərəm”. Yəni daha aqressiv, daha hücumameyilli bir Rusiya profili cızılır”. Turan Rzayev Geri qayıt |