Əsas Səhifə > Güney Press > "Dedi ki, anamın goruna söydüyünə görə öldürdüm"
"Dedi ki, anamın goruna söydüyünə görə öldürdüm"2-12-2024, 17:09 |
Bakıda keçmiş sevgilisini öldürməkdə təqsirləndirilən Ruhiyyə Tahirovanın məhkəməsi başlayıb. "Unikal"ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Kamran Muxtarovun sədrliyi ilə keçirilən məhkəmədə zərərçəkmiş şəxsin hüquqi varisi Tural İsrafilov danışıb: "May ayının 30-da xalam oğlu vatsapda göndərdi ki, qardaşını öldürüblər. Xəbərlərdə baxıb bildim. Ondan sonra Sabunçu morqundan meyiti götürüb aparıb basdırdım. Qadınla əlaqəsinin olmasını hadisədən 4 gün qabaq bilmişəm. Qardaşım bizimlə yaşamayıb, içkiyə meyilli olub. Qardaşımı axırıncı dəfə fevral ayında görmüşdüm, onda sonra bizə gəlməyib. Ruhiyyə Tahirova ilə tanış olduqdan sonra bizimlə yaşamayıb. Bizimlə yaşayanda evə nəsə alıb gətirirdi. Ruhiyyə Tahirovadan şikayətci deyiləm. Bilmirəm, göydə Allah, yerdə bəndə". Sonra şahid qismində Güllü Əhmədova ifadə verib: "Ruhiyyə ilə qohumam, atamın bibisi qızıdır. Hadisədən bir gün əvvəl mənə zəng elədi ki, sizə gəlmək istəyirəm. Ruhiyyənin bir oğlanla ailə qurmaq istədiyini demişdi, hətta anası ilə də tanış etmişdi. Sonra zəng elədi ağladı ki, bunun fikri ciddi deyil. Dedi oğlanla danış. Mən də Samirlə danşıdım, hiss etdim ki, içkilidir. Səhəri gün zəng elədi ki, Samiri öldürmüşəm, anamın goruna söyüb. Mən də telefonu söndürüb yatdım. Sonra bacım zəng elədi ki, Ruhiyyə ilə danış, konfransa qoşdu. Ruhiyyəni cəmi bir dəfə görmüşəm, onda əvvəlki yoldaşı ilə yaşayırdı. Anası rəhmətə gedəndə anam ilə Xırdalana onlara getmişdim". Digər şahid Sadiq Allahverdiyev ifadə verərək bildirdi ki, Nizami rayonu 120 saylı Mənzil İstismar Sahəsinin rəisidir: "Ruhiyyə mənim 2020-ci ildən işçim olub, 4 ilə yaxın bizim yanımızda dalanda işləyib. Onun siqaret çəkməsini və içki içməsini həmin gün bilmişəm. Hadisə olan gün səhər mənə zəng elədi ki, adam öldürmüşəm. Mən də gəldim dedim, polisə zəng vur məlumat ver. O da telefonla 102-yə yığdı, dedi". İttihama görə, təqsirləndirilən Ruhiyyə Tahirova qeyri-rəsmi münasibətdə birlikdə yaşadığı Samir İsrafilova nikaha daxil olmaq istədiyini bildirib. S.İstafilov isə onunla vaxt keçirdiyini, ailə qurmaq niyyəti olmadığını söyləyib. Bu zaman R.Tahirova bunu təhqir kimi qəbul edib. Onların arasında mübahisə yaranıb. Zərərçəkmiş şəxs Ruhiyyə Tahirovadan güclü olduğu üçün ona müqavimət göstərə bilib. Bu zaman başqa çarəsi qalmayan təqsirləndirilən şəxs kəsici alət ilə ona xəsarət yetirib. Nəticədə Samir İsrafilov həyatını itirib. Ruhiyyə Tahirova isə 120.1 (qəsdən adam öldürmə) maddəsi ilə təqsirləndirilib. Ruhiyyə Tahirova bu mövzuda özünü təqsirli bilib. Qeyd edək ki, 1976-cı il təvəllüdlü Tahirova Ruhiyyə Mürvət qızı şəxsi münasibətlər zəminində 1986-cı il təvəllüdlü Samir İsrafilovu öldürməkdə təqsirləndirilir. Ona qarşı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham irəli sürülüb. Geri qayıt |