Əsas Səhifə > Güney Press > Müstəqim Məmmədovun növbəti səyyar-qəbul görüşü Yenikənd kəndində keçirilib

Müstəqim Məmmədovun növbəti səyyar-qəbul görüşü Yenikənd kəndində keçirilib


2-12-2024, 16:50
Müstəqim Məmmədovun növbəti səyyar-qəbul görüşü Yenikənd kəndində keçirilib
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırıq və tövsiyyələrinə
uyğun olaraq mütəmadi surətdə bölgələrdə icra başçılarının səyyar qəbul görüşləri
keçirilir. Keçirilən səyyar qəbul-görüşlərin məqsədi vətəndaşları narahat edən məsələləri
bilavasitə yerində öyrənmək və onların rastlaşdıqları problemləri vaxtında aradan
qaldırmaqdır.
Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədovun təsdiq olunmuş
qrafikə uyğun olaraq növbəti səyyar qəbul-görüşü Ələsgərli kənd İƏD üzrə
nümayəndəliyin Yenikənd kəndində keçirilib.
Qəbulda YAP Tərtər Rayon Təşkilatının sədri Eldar Əsədov, səhiyyə, təhsil,
mədəniyyət, digər xidmət təşkilatlarının rəhbərləri, ərazi icra nümayəndəsi, bələdiyyə
sədri və kənd sakinləri iştirak ediblər. Əvvəlcə icra başçısı şəhidlərin xatirəsinə
ucaldılmış abidənin önünə gül-çiçək dəstələri düzüb, şəhidlərin xatirəsi bir dəqiqəlik
sükutla yad edilib.
Rayon rəhbəri respublikamızda gedən sosial-iqtisadi inkişafın xalqımızın rifah halının
yaxşılaşmasına təsirindən, həmçinin Yenikənd kəndində görülən işlərdən, sakinlərinin
məşğuliyyətindən, kənddə mövcud olan sosial obyektlərin vəziyyətindən, rayonun
sosial-iqtisadi inkişafı, əhalini narahat edən problemlərin həlli istiqamətində həyata
keçirilən tədbirlərdən də danışıb, bildirib ki, əhali fasiləsiz olaraq işıq, qaz və su ilə təmin
olunur.
Qeyd olunub ki, Yenikənd kəndinin 86 hektar ərazisi, 70 təsərrüfatı, 440 nəfər əhalisi
var. Ərazidə 1 körpələr evi-uşaq bağçası, 1 kitabxana, 1 ticarət obyekti faəliyyət
göstərir. Kənd sakinləri əkinçilik və maldarlıqla məşğul olurlar. Sakinlər 72 baş
iribuynuzlu, 150 baş xırdabuynuzlu heyvan, 800 baş quş, 55 arı ailəsi saxlayırlar.
Son üç ildə Yenikənd kəndində su arxları 1 km məsafədə lildən təmizlənib, kənd arası
yollar 1 km məsafədə təmir edilib, kəndin ərazisində 1000 ədəd müxtəlif növ ağaclar
əkilib, yol kənarları alaq otlarından təmizlənərək səliqə-səhmana salınıb.
Rayon rəhbəri sakinlərə Elektron Hökumət Portalı tərəfindən yaradılmış Rəqəmsal İcra
Hakimiyyəti platforması barədə məlumat verərək, xidmətin əlçatanlıq və üstünlüklərini
qeyd edib və https://rih.gov.az/ platformasından istifadə etmələrini tövsiyə edib. Erkən
nikah və onun fəsadlarından söhbət açıb, əlaqədar qurumları, hər kəsi erkən nikaha,
narkotok və psixotrop maddələrdən istifadəyə qarşı mübarizəyə çağırıb, bu sahədə
güclü maarifləndirmə işlərinin aparılmasına ehtiyac olduğunu bildirib.
Sonra söz sakinlərə verilib. Kənd sakini Məhəmməd Şirinov yaşadıqları küçənin elektrik
xətlərinin SİP kabelə köçürülməsi barədə müraciət edib.
Qaldırılan məsələ ilə əlaqədar rayon rəhbəri tərəfindən əlaqədar şəxslərə aidiyyəti
tapşırıq verilib.
Qəbulda iştirak edən sakinlər onların problemlərinin həllinə həssaslıqla yanaşıldığına,
şəhid ailələri və qazilərə göstərilən diqqət va qayğıya görə Azərbaycan
Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban
xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.

"DİA-AZ"

Müstəqim Məmmədovun növbəti səyyar-qəbul görüşü Yenikənd kəndində keçirilib
Müstəqim Məmmədovun növbəti səyyar-qəbul görüşü Yenikənd kəndində keçirilib
Müstəqim Məmmədovun növbəti səyyar-qəbul görüşü Yenikənd kəndində keçirilib
Müstəqim Məmmədovun növbəti səyyar-qəbul görüşü Yenikənd kəndində keçirilib

Geri qayıt