Əsas Səhifə > Güney Press > "Həyatımın ən ağır günü idi"
"Həyatımın ən ağır günü idi"2-12-2024, 16:34 |
Aktyor Elməddin Cəfərov çəkiliş məkanında yaşadığı ən ağır anları bölüşüb. Axşam.az xəbər verir ki, aktyor "Qış nağılı" filmində yaşadığı çəkinliyi danışıb. "İzzət şou"da qonaq olan Elməddin bildirib ki, filmdə çox sayda aktyor yer alıb: "İki bölüm etdilər, bir olmalı idi. Azərbaycanda çəkilən ən bahalı film idi. Həyatımın ən ağır çəkiliş günü olub. Mənim çəkilişim 8 gün olmalı idi. Getdim Qəbələyə, dörd-beş günü məni çəkmədilər. Rejissora dedim ki, bürügün gedirəm Bakıya. Çəkiliş günlərini qabağa çəkək. 28 saat dayanmadan çəkildim. Yemək yeyə-yeyə çəkilirdim. Hamı elə bilir rol xatirinə yeyirəm, amma doğrudan yeyirdim. Bircə əl yumağa çıxırdım". Geri qayıt |