Əsas Səhifə > Güney Press > Aİ insan hüquqlarını pozanlara qarşı sanksiyaları

Aİ insan hüquqlarını pozanlara qarşı sanksiyaları


2-12-2024, 16:20
Aİ insan hüquqlarını pozanlara qarşı sanksiyaları
Avropa İttifaqı (Aİ) insan hüquqlarını pozan şəxslərə və şirkətlərə qarşı sanksiyaları bir il müddətinə uzadıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə Aİ Şurası məlumat yayıb.
“Bu gün Şura insan hüquqlarının ciddi pozuntuları və sui-istifadəsi ilə bağlı məhdudlaşdırıcı tədbirlərə məruz qalan şəxslərin, təşkilatların və orqanların siyahısının 2025-ci il dekabrın 8-dək daha bir il müddətinə uzadılması və yenilənməsi barədə qərar qəbul edib”, - məlumatda bildirilib.
Şuranın məlumatına görə, qara siyahıya Rusiya və İrandan 116 nəfər və 33 təşkilat daxildir.

Geri qayıt