Əsas Səhifə > Güney Press > Türkiyə XİN rəhbəri Suriyada müxalifətin tələblərinin heçə sayılmasını xəta adlandırıb
Türkiyə XİN rəhbəri Suriyada müxalifətin tələblərinin heçə sayılmasını xəta adlandırıb2-12-2024, 15:04 |
Suriyada başlayan münaqişələrin səbəbi 13 ildən çox müddətdə mövcud olan problemlərin həllini tapmamasıdır. APA-nın Türkiyə müxbirinin verdiyi xəbərə görə, Türkiyə xarici işlər naziri Hakan Fidan Ankarada iranlı həmkarı Abbas Araqçı ilə birgə mətbuat konfransı zamanı bildirib. O qeyd edib ki, müxalifətin tələblərinin heçə sayılması və hökumətin siyasi prosesə səmimi yanaşmaması xəta olub: “Son olaraq isə, mülki şəxsləri atəşə tutmaları vətəndaş müharibəsini alovlandırdı”. Geri qayıt |