Əsas Səhifə > Güney Press > Sabirabadda yerləşən şirkət suvarma kanalının yenidən qurulması müqabilində

Sabirabadda yerləşən şirkət suvarma kanalının yenidən qurulması müqabilində


2-12-2024, 13:01
Sabirabadda yerləşən şirkət suvarma kanalının yenidən qurulması müqabilində
Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyindəki Tikilməkdə Olan Obyektlərin Müdiriyyəti “Şirvan suvarma kanalının yenidən qurulması işləri çərçivəsində Yuxarı Şirvan kanalının yenidən qurulması (II mərhələ) işlərinin satın alınması” tenderinin nəticələrini elan edib.

FED.az xəbər verir ki, tenderin qalibi “Muğansutikinti” MMC olub.

Qalib şirkətlə 235 000 000 manat məbləğində müqavilə imzalanıb.

Xatırladaq ki, bu il ərzində qalib şirkət daha bir tenderdə qalib seçilib. Belə ki, “Muğansutikinti” MMC “BŞK Ağdaş Zərdab yolu ilə kəsişməsində qəzalı vəziyyətdə olan su keçirən qurğunun təmiri” tenderini udub və 620 000 AZN qazanıb.

Qeyd edək ki, “Muğansutikinti” MMC 01.03.2000-ci il tarixində yaradılıb, nizamnamə kapitalı 597 230 AZN təşkil edir. Şirkətin qanuni təmsilçisi Mirqəfər Talıbov Mirəziz oğludur. Hüquqi ünvanı AZ5423, Sabirabad rayonu, Qalağayın kəndi ünvanında yerləşir.

Geri qayıt