Əsas Səhifə > Güney Press > Gürcüstanda baş verənlər bu dövlətin daxili işidir
Gürcüstanda baş verənlər bu dövlətin daxili işidir2-12-2024, 12:12 |
Rusiya digər dövlətlərin daxili işlərinə qarışmaq cəhdlərinə mənfi yanaşır. APA-nın Moskva müxbiri xəbər verir ki, bunu Rusiya Federasiyası xarici işlər nazirinin müavini Mixail Qaluzin Baltikyanı ölkələrin Gürcüstana qarşı sanksiyalar tətbiq etmək niyyətini şərh edərkən deyib. O bildirib ki, Gürcüstanda mövcud vəziyyət bu dövlətin daxili işidir. Qeyd edək ki, Litvanın xarici işlər naziri Qabrielius Landsberqis Litva, Latviya və Estoniyanın Gürcüstanda etiraz aksiyalarının yatırılmasının təşkilatçılarına qarşı sanksiyalar tətbiq edə biləcəyini açıqlayıb. Geri qayıt |