Əsas Səhifə > Güney Press > Bakıda bir nəfərin 251 min dolları ələ keçirilib, saxlanılan var

Bakıda bir nəfərin 251 min dolları ələ keçirilib, saxlanılan var


2-12-2024, 11:58
Bakıda bir nəfərin 251 min dolları ələ keçirilib, saxlanılan var
Polis Binəqədi və Nizami rayonlarında dələduzluqda şübhəli bilinən 2 nəfəri müəyyən edərək saxlayıb.

"DİA-AZ" DİN-ə istinadən xəbər verir ki, Binəqədi Rayon Polis İdarəsinin 43-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə bir nəfərin 251.000 ABŞ dollarını dələduzluq yolu ilə ələ keçirməkdə şübhəli bilinən 34 yaşlı E.Gözəlov, Nizami RPİ 24-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə isə bir nəfərin 10.000 ABŞ dollarını dələduzluq yolu ilə ələ keçirməkdə şübhəli bilinən 46 yaşlı V.Rzayev müəyyən olunaraq saxlanılıblar.

Faktlarla bağlı araşdırmalar aparılır.



Geri qayıt