Əsas Səhifə > Güney Press > Naxçıvan icra hakimiyyəti 1, 6 milyonluq işıq dirəyi alır
Naxçıvan icra hakimiyyəti 1, 6 milyonluq işıq dirəyi alırBu gün, 13:53 |
Naxçıvan Şəhər İcra Hakimiyyəti "SPC” şirkəti ilə satınalma müqaviləsi bağlayacaq. Qaynarinfo-nun məlumatına görə, şirkət icra hakimiyyətinin Naxçıvan şəhər küçələrinin işıqlandırılması üçün işıq dirəklərinin satın alınması ilə bağlı keçirdiyi tenderin qalibi olub. Bu tender üzrə satınalma müqaviləsinin maliyyə dəyəri 1 601 531,99 manatdır. Açıq mənbələrdə bu şirkət haqqında heç bir məlumat yoxdur. Hətta Dövlət Vergi Xidmətinin reyestr məlumatlarında da "SPC” MMC barədə hər hansı bir qeyd yoxdur. Geri qayıt |