Əsas Səhifə > Güney Press > Polşa da Ermənistanı xilas

Polşa da Ermənistanı xilas


Bu gün, 13:34
Polşa da Ermənistanı xilas
Bu həftə Ermənistanda səfərdə olan Polşa Prezidenti Andjey Duda Azərbaycanla şərti sərhəddə olub. Polşanın dövlət başçısı Avropa İttifaqının Ermənistandakı müşahidə missiyasının heyəti ilə görüş keçirib.

Andjey Dudanın Ermənistanla Azərbaycanın şərti sərhədinə gəlməsinə münasibət bildirən Azərbaycan Xarici İşlər Nazirliyi bunu müxtəlif Avropa İttifaqına üzv ölkələrin və Avropa qurumlarının anti-Azərbaycan siyasətinin növbəti nümayişi olduğunu diqqətə çatdırıb.

XİN Azərbaycanın "strateji tərəfdaşı" olan ölkənin prezidentinin Azərbaycan və Polşa arasında münasibətlərin gərginləşməsinə səbəb olan qəbuledilməz diplomatik "binokl şousu"nda iştirak etməsindən dərin təəssüf hissi keçirdiyini bildirib.

Hətta bununla bağlı Polşanın Azərbaycandakı müvəqqəti işlər vəkili Mixal Qreçilo Xarici İşlər Nazirliyinə çağırılıb. Görüş zamanı Azərbaycan tərəfinin xəbərdarlıqlarına baxmayaraq, Polşa Prezidenti Andjey Dudanın Ermənistan-Azərbaycan sərhəd bölgəsinə, hələ də Ermənistanın işğalı altında olan Kərki kəndinə yaxın əraziyə səfər edərək, Avropa İttifaqının Ermənistandakı missiyası ilə birgə Azərbaycan əleyhinə təbliğatda iştirakına etiraz bildirilib.
Səfəri Modern.az-a şərh edən Milli Məclisin deputatı Azər Badamov bildirib ki, Andjey Dudanın Ermənistana səfəri məqsədli olub.

"Çünki, Paşinyan Azərbaycanla ssərhədlərin delimitasiyasından danışarkən delimitasiya olunmuş ərazilərdən Avropa İttifaqının “müşahidə misiyasını” çıxaracağını demişdi. Bu açıqlamadan dərhal sonra Duda Ermənistana səfərə gəlir və Avropa İttifaqının keçmiş hərbiçilərdən təşkil olunmuş qrupun tərkibində Azərbaycanla sərhəddə dayanaraq binokolla pozalar verir. Sonra da Polşa müşahidəçilərini artıracağı ilə bağlı fikirlər səsləndirir. Bütün bunlar Avropa İttifaqının regionumuza sülhün gəlməsinə mane olmağına çalışmasıdır. Çünki, gündəlikdə dekabr ayından başlayaraq danışıqların bərpası haqqında fikirlər var idi. Amma Dudanın səfərindən sonra Ermənistan şərti sərhədimizə qoşun hissələrin yığdığını, səngərlər qazıldığını müşahidə edirik. Bütün bunlar onu deməyimizə imkan verir ki, Ermənistan Azərbaycanla yenidən müharibəyə hazırlaşır. Bu ilk növbədə Qərbin istəyidir. Çünki, Qərb Rusiyanın qonşuluğunda ikinci bir müharibə ocağını yaratmaqla beynəlxalq ictimaiyyətin diqqətini bu istiqamətə yönəltmək istəyir. Məhz ona görə də Frannsa artileriya qurğularını, Yunanıstan S300 radar kompleksini, Hindistan raket komplekslərini Ermıənistana tədarük etmişdir. Qərbdən dəstək alan Ermənistan da ruhlanır və müharibəyə hazırlaşmaq üçün cəsarətlənib", - o qeyd edib.

Deputatın sözlərinə görə, Paşinyan üçün bu arada hərbi əməliyyatlara başlanması və hər hansı kiçik də olsa bir uğur qazanması lazımdır:

"Çünki, Ermənistan ictimaiyyəti arasında Paşinyanın nüfuzu kifayət qədər aşağı düşmüşdür. 2026-cı ildə keçiriləcək seçkilərdə hakimiyyəti yenidən əlində saxlamaq üçün Paşinyana kiçik də olsa bir uğur lazımdır. Ona görə də vəziyyəti gərginləşdirmək üçün çalışır. Digər bir məsələ Qərb və Ermənistan Azərbaycanla danışıqlarda hər hansı bir üstünlüyə nail olmaq üçün kiçik də olsa bir qələbə qazanmağa çalışır. Yəni hesab edirlər ki, ordusuna gətildiyi Hindistan raketləri və Qərb hərbi texnikalrı, Fransanın keçdiyi hərbi təlimlər onlara Azərbaycan üzərində üstünlük qazandırmağa imkan verəcəkdir. Amma çox yanılırlar və təəssüf ki, Paşinyan çox yanlış yoldadır. Çünki, Ermənistan nə qədər silahlansa da Azərbaycandan güclü ola bilməz. Birincisi ona görə ki, Azərbaycan ordusu Ernmənistandan sayca çoxdur. İkincisi isə Azərbaycan ordusunun peşəkarlığı yüksəkdir və öz gücünü təlim meydanlarda yox, birbaşa döyüş meydanında nümayiş etdirmişdir".
Milli Məclisin deputatı vurğulayıb ki, müharibədən sonra formalaşdırılmış yeni Komando qoşun növləri qarşısına qoyduğu hər bir hərbi tapşırığı yüksək dəqiqliklə icra etmək qabiliyyətindədir:

"Azərbaycan daha müasir silahlarla silahlanır və mütəmmadi keçirlən hərbi təlimlərlə yeni silahlara yiyələnmə qabiliyyətini və peşəkarlığını artırır. Bu baxımdan Qərbin Ermənistanı yenidən revanşizmə hazırlamaq cəhdləri boş xəyallardan başqa bir şey deyil. Əgər Ermənistan Qərbin planlaşdırdığı senariyə aldanaraq yenidən təxribatlara əl atarsa böyük faciə ilə qarşılacaqdır. Çünki, Azərbaycan ordusu Ermənistan tərəfindən hücuma məruz qalarsa hərbi hədəflər harda olmasından asıllı olmayaraq məhv ediləcəkdir. Belə ki, legitim hədəflərimiz Ermənistan ərazisində ola bilər və əgər həmin nöqtələrdən ölkəmizə potensial təhlükə yaranarsa təhlükəsizliyi təmin etmək hüquqmuzdur və Ermənistan ərazisi müharibə meydanına çevriləcəkdir. Bu da ermənilərə yeni faciələr gətirəcək və bir dövlət kimi qalıb qalmamaq məsələsi gündəliyə gələcəkdir".

Azər Badamov qeyd edib ki, Azərbaycan müharibə istəmir və ona görə də Ermənistana sülh əlimizi uzatmışıq.

"Amma özümümzü müdafiə etmək hüquqmuz həmişə qalır və yenidən təhlükəli vəziyyət yaranarsa bütün resusrslarımızdan istifadə olunmaqla suverən ərazilərimiz qorunacaqdır. Ermənustan unutmasın ki, Azərbaycan ordusu dünyanın güclü orduları srasındadır və onların kiminlə üz-üzə gəlmək istədiyini yaxşı düşünsünlər. Əgər vəziyyət yenidən gərginləşərsə Paşinyana 2020-ci ilin noyabrında olduğu kimi yalvarışlar kömək etməyəcək. Belə ki, Ordumuz Ermənistanın tam demilitarizasiyası edilməsi vəzifəsini icra etməyə məcbur olacaqdır. Bütün binları nəzərə alaraq Paşinyan hakimiyyəyti regionda yenidən gərginliyi artmaq əvəzinə sülh müqaviləsi imzlanmaq üçün tələblərimizi icra etsə daha yaxşı olar", - deputat vurğulayıb.

Geri qayıt