Əsas Səhifə > Güney Press > İşəgötürən istədiyi vaxt işvaxtı rejimini dəyişə bilərmi?
İşəgötürən istədiyi vaxt işvaxtı rejimini dəyişə bilərmi?Bu gün, 09:43 |
Əmək münasibətlərində işçinin: iş vaxtının rejimi qaydaları, bir iş rejimindən - digər iş rejiminə keçirilməsi qaydaları necə tənzim edilir, işəgötürən istədiyi vaxt işvaxtı rejimini dəyişə bilərmi? Bu mövzu da işçiləri maraqlandıran, bir çox hallarda isə əmək mübahisəsi yaradan sual və ya mövzulardan biridir. 1.İlk olaraq onu bildirirəm ki, işvaxtının rejimi qaydaları, yalnız Əmək Məcəlləsinin tələbinə uyğun və işçinin razılığı ilə dəyişdirilə bilər. 2. Əgər işçinin: Əmək müqaviləsində 8 saat iş rejimi təyin edilib və ya razılaşdırılıbsa, işçi onun razılığı olmadan, AR ƏməkMəcəlləsinin tələbləri pozulmaqla 12 saatlıq növbəli iş rejiminə keçirilirsə bu zaman həmin işçinin həftədə 40 saatdan artıq saatlara görə ikiqat məbləğdə ödəniş tələb etmək hüquqları da yaranır. 3. Əmək Məcəlləsinə uyğun olaraq bir qayda olaraq,işçilər üçün iki istirahət günü olan beş günlük iş həftəsi müəyyən edilir. İstehsal,işin, xidmətin vəya əmək şəraitinin xarakterindən asılı olaraq işəgötürən həftəlik tam işvaxtının müddəti çərçivəsində altı günlük işhəftəsi də müəyyən edə bilər. 4. Eyni zamanda işçilər üçün iş vaxtının müddəti qanunvericiliklə müəyyən olunmuş iş saatlarının sayından çox olmamaq şərti ilə iş vaxtının cəmlənmiş uçotu, yəni, növbəli iş rejimi tətbiq edilə bilər. Bu halda gündəlik iş (növbənin) müddəti isə 12 saatdan artıq ola bilməz. 5.İşçinin iş vaxtının rejimi qaydaları-gündəlik iş vaxtının müddəti, onun başlanması və ya qurtarması, işdə fasilələrin vaxtı və müddəti, sutkadakı növbələrin sayı, növbə sənədləri və onların tərtibi, bir növbədən digər növbəyə keçirilmə, iş vaxtının cəmlənmiş uçotu, işlənmiş iş günlərinin istirahət günləri ilə əvəz edilməsi qaydaları, habelə həftəlik iş günlərinin sayı: müəssisədaxili intizam qaydaları, əmək müqaviləsi və ya kollektiv müqavilə ilə müəyyən edilir. 6. İşçinin Əmək müqaviləsində göstərilən bir iş rejimindən digər iş rejiminə keçirilməsi Əmək Məcəlləsinin tələblərinə uyğun deyil, işçilərin əmək hüquqlarının pozulmasıdır. 7. İş rejimi barədə Əmək müqaviləsinin şərtləri işəgötürən tərəfindən birtərəfli qaydada dəyişdirilə bilməz. 8. İş rejimi qaydaları barədə əmək hüquqları pozulmuş işçi, əmək hüquqlarının müdafiəsi üçün müvafiq qaydada məhkəməyə müraciət edə, dəymiş ziyanın ödənilməsini tələb edə bilər. Azər Quliyev Neftçilərin Hüquqlarının Müdafiəsi Təşkilatının Eksperti - "DİA-AZ" (dia-az.life) Geri qayıt |