Əsas Səhifə > Güney Press / Ana xəbər > Gələn həftə avtobuslarda gediş haqqı bahalaşdırılacaq
Gələn həftə avtobuslarda gediş haqqı bahalaşdırılacaq14-04-2014, 18:42 |
|
Xəbər verildiyi kimi, bu gün Nazirlər Kabineti Bakı Şəhər İcra Hakimiyyətinin tabeliyində "BakuBus" Məhdud Məsuliyyətli Cəmiyyətinin yaradılması haqqında qərar verib. Həmin qərara əsasən Nəqliyyat Nazirliyi bundan sonra sərnişindaşıma səlahiyyətinə malik deyil və prosesi meriya tənzimləyəcək. JAM.AZ-a daxil olan məlumatda isə deyilir ki, Nazirlər Kabinetinin qərarından sonra avtobuslarda gediş haqlarının artırılması məsələsi də gündəmə gəlib. Qeyd olunur ki, bir həftə ərzində bununla bağlı təkliflər Tarif Şurasına təqdim olunacaq. Mənbənin bildirdiyinə görə, qiymətlər marşurutların yaxın və uzaq məsafələrə hərəkət trayektoriyasına görə müəyyən ediləcək. Şəhərdaxili gediş haqları 20 qəpikdən 30 qəpiyə, Bakı kəndlərinə isə 50 qəpiyə qaldırılacaq. Geri qayıt |