Əsas Səhifə > Güney Press > İcra başçısının nümayəndəsinin ölkədən çıxışına qadağa qoyula bilər

İcra başçısının nümayəndəsinin ölkədən çıxışına qadağa qoyula bilər


Bu gün, 17:24
İcra başçısının nümayəndəsinin ölkədən çıxışına qadağa qoyula bilər
Gəncə şəhər İcra Hakimiyyəti başçısının Hacıkənd qəsəbə üzrə nümayəndəsi Hüseynov Hümbət Əmirvar oğlunun ölkədən çıxışına qadağa qoyulması üçün məhkəmətə müraciət edilib.

Modern.az-ın məlumatına görə, şikayətçi tərəf İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 12 saylı baş İdarəsidir.

Qeyd edək ki, işə aşağı instansiya Gəncə Şəhər Məhkəməsində baxılıb. İddia təmin edilməyib. Bundan sonra sözügedən qurum Gəncə Apellyasiya Məhkəməsinə müraciət edib.

İş Gəncə Apellyasiya Məhkəməsində hakim Loğman Süleymanovun sədrlik etdiyi heyətin icraatına verilib.

Geri qayıt