Əsas Səhifə > Güney Press > İnternet üzərindən satılan dərmanlara necə nəzarət olunur?
İnternet üzərindən satılan dərmanlara necə nəzarət olunur?Bu gün, 16:35 |
İnternet üzərindən dərman alan insanlar az deyil. Amma bu dərmanların nə qədər güvənmək mümkündür? Onlayn satılan dərmanların keyfiyyəti, saxta olub-olmadığı düşündürücü məqamlardandır. Azad İstehlakçılar İctimai Birliyinin (AİB) sədri Eyyub Hüseynov TNS-ə bildirib ki, internet üzərindən alınan dərmanların 70 faizi saxta olur: “Dünyanın ən məhşur dərman şirkətlərinin məhsullarını da saxtalaşdıra bilirlər. Məsələn, 2012-ci ildə ABŞ-də dünyanın ən böyük dərman istehsalçılarıları olan şirkətlərinin baş ofisində oldum. Orda mənə onların buraxdığı dərmanın saxta və orjinal variantlarını göstərdilər. Ekspert kimi onu seçməyimi istədilər. Dərmanın görünüşündən heç cür ayırd edə bilmədim. Hətta saxta olan daha gözəl qablaşdırılır. Yəni, bu sahədə problem var”. Mövzu ilə bağlı Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzindən TNS-in sorğusuna cavab olaraq bildirilib ki, Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən, dərman vasitələrinin ölkəyə idxalı yalnız müvafiq icazəyə malik topdansatış müəssisələri, istehsalat müəssisələri və Səhiyyə Nazirliyi tərəfindən həyata keçirilə bilər: “Digər formada dərman vasitələrinin idxalı təhlükəsizlik tələblərinə cavab vermədiyi üçün məqsədəuyğun hesab edilmir. Eyni zamanda, əgər dərman vasitəsi ölkə ərazisində mövcud deyilsə və xəstəliyin müalicəsi üçün vacib hesab edilirsə, həmin dərmanın idxalı xüsusi qaydalar çərçivəsində həyata keçirilə bilər. Bunun üçün dərman vasitəsi elektron resept formasında yazılan resept əsasında, müvafiq icra hakimiyyəti orqanlarının nəzarəti altında, təhlükəsizlik və keyfiyyət tələbləri nəzərə alınmaqla ölkə xaricindən idxal oluna bilər”. Geri qayıt |