Əsas Səhifə > Güney Press > Flora Kərimova bu səbəbdən Səhiyyə Nazirliyini məhkəməyə verdi

Flora Kərimova bu səbəbdən Səhiyyə Nazirliyini məhkəməyə verdi


Bu gün, 12:50
Flora Kərimova bu səbəbdən Səhiyyə Nazirliyini məhkəməyə verdi
Xalq artisti Flora Kərimova Səhiyyə Nazirliyini məhkəməyə verib.

Bu barədə Qaynarinfo-ya sənətkarın vəkili Elcan Həsənli məlumat verib.

Vəkil bildirib ki, məhkəməyə müraciət etməkdə məqsəd Səhiyyə Nazirliyi tərəfindən Sevinc Heydərovaya verilən sertifikatın ləğv edilməsi tələbidir:

"2021-ci ildə Sevinc Heydərova plastik cərrahiyyə ixtisası üzrə sertifikasiyadan keçirilib və praktik fəaliyyətlə məşğul olunmasına icazə verilib. Biz də həmin sənədin ləğv olunması ilə bağlı məhkəməyə müraciət etmişik".

Elcan Həsənli bildirib ki, bu sənədi Sevinc Heydərovaya Səhiyyə Nazirliyi verib:

"Bizim bu məsələ ilə bağlı iki məhkəmə prosesimiz var. Onlardan biri hazırda davam edir. Həmin prosesdə tələbimiz vurulmuş ziyanla bağlıdır. İndiki iddia isə sırf Sevinc Heydərovaya verilən sertifikatın ləğv edilməsi ilə bağlıdır. Bu sənədi ona nazirlik verib və bu səbəbdən də nazirliyi məhkəməyə vermişik".

Qeyd edək ki, Xalq artisti Flora Kərimova 2021-ci ildə gözlərinin üstünü estetik əməliyyat etdirib. Əməliyyatı plastik cərrah kimi tanınan həkim Səbinə Heydərova aparıb. Müğənni əməliyyatdan sonra əks fəsadlarla qarşılaşıb, eyni zamanda gözlərinin görmə qabiliyyəti tamamilə zəifləyib.

Geri qayıt