Əsas Səhifə > Güney Press > Ermənistan silahlanır
Ermənistan silahlanırBu gün, 16:45 |
"Sülh müqaviləsi ilə bağlı danışıqların davam etməsinə baxmayaraq, Ermənistan hərbi büdcəsini artırır, xarici ölkələrdən ağır silahlar alır". Bunu TNS-ə açıqlamasında ehtiyatda olan polkovnik-leytenant, hərbi eskpert Üzeyir Cəfərov deyib. Ekspert bildirib ki, onlar yenə erməni hiyləgərliyini davam etdirir: “Demək olar ki, hər gün, hər həftə Ermənistanın hansısa ölkədən silah alması xəbərləri eşidirik. Sonuncu dəfə isə Ermənistan Hindistandan və Yunanıstandan ağır silahlar alıb. Aydın məsələdir ki, Ermənistan 44 günlük Vətən müharibəsində sarsıdıcı zərbələr alıb, böyük itkilər verib. İndi də öz ordusunu formalaşdırmaq, normal vəziyyətə gətirmək üçün bu addımları atır. Amma bu addımlarla paralel olaraq, Cənubi Qafqazda “Ermənistan kartı”ndan istifadə etmək üçün bəzi dövlətlər də aktiv fəaliyyət göstərir. Həmin ölkələr Ermənistanı silahlandırmaqla faktiki olaraq, “barıt çəlləyinin yanındakı alovu” bir az genişləndirmək istəyir”. Ü. Cəfərov deyib ki, Ermənistan dəfələrlə sülh müqaviləsi ilə bağlı boğazdan yuxarı qeyri-ciddi bəyanatlar verib: “Artıq 2024-cü il də başa çatır. Amma sülh müqaviləsi yoxdur və bu gedişlə də olmayacaq. Halbuki Ermənistanın Baş naziri Nikol Paşinyan ilin sonuna qədər sülh müqaviləsini imzalayacağı barədə fikirlər səsləndirib. Ermənistan qeyri-səmimidir, bu ölkə sadəcə beynəlxalq qurumlar qarşısında özünü “sülhsevər” göstərmək istəyir, oraza girməyə cəhd edir. Biz bunu həm Paşinyanın, həm də XİN başçısı Mirzoyanın dilindən dəfələrlə eşitmişik. Ona görə də Ermənistanın silahlanacağı gözləniləndir. Bununla yanaşı, Ermənistan Rusiyadan ayrılmaq üçün bütün mümkün olan variantlara əl atacaq. Çünki Ermənistan Fransa, ABŞ və digər ölkələrə söz verib, onların qarşısında öhdəlik götürüb”. Ekspert bildirib ki, Ermənistan aldığı silahlarla bölgədə yenidən gərginlik, müharibə ab-havası yaratmaq istəyir və 102-ci bazanın öz ərazisindən çıxarılması üçün bu addımları atır. Geri qayıt |