Əsas Səhifə > Güney Press > Sabahdan bələdiyyə üzvlüyünə namizədlərin irəli sürülməsi prosesi başlayacaq
Sabahdan bələdiyyə üzvlüyünə namizədlərin irəli sürülməsi prosesi başlayacaqBu gün, 16:33 |
Sabahdan bələdiyyə üzvlüyünə namizədlərin irəli sürülməsi prosesi başlayacaq. APA-nın xəbərinə görə, bu, Azərbaycan Respublikasında bələdiyyə seçkilərinin hazırlanıb keçirilməsi üzrə əsas hərəkət və tədbirlərin Təqvim Planında əksini tapıb. Seçki Məcəlləsinin 214.1, 214.4, 214.5-ci maddələrinə əsasən, seçki dairəsinin ərazisində daimi yaşayan, passiv seçki hüququ olan Azərbaycan Respublikasının vətəndaşları, seçicilərin təşəbbüs qrupları, siyasi partiyalar, siyasi partiyaların blokları seçkilərin təyin edilməsi haqqında qərar rəsmi dərc olunduqdan sonra bələdiyyə üzvlüyünə namizədlərin irəli sürülməsinə başlayır. Geri qayıt |