Əsas Səhifə > Güney Press > "“Instagram”da nə yeyib, nə geyindiyimizi göstərmirik..."

"“Instagram”da nə yeyib, nə geyindiyimizi göstərmirik..."


Bu gün, 12:12
"“Instagram”da nə yeyib, nə geyindiyimizi göstərmirik..."
“Gün ərzində filan yerə getdim, filan yerdə yemək yedim, filan brenddən aldım – bu tip şeylər bizlik deyil”.

Yenicag.az xəbər verir ki, bu sözləri müğənni Sevinc “Xəbərin var” verilişində deyib.

Sənətçi hər gün efirlərdə olan, sosial şəbəkələrdə yeyib-içdiyini nümayiş etdirən həmkarlarına söz atıb:

“Düşünürəm ki, bu gün tamaşaçını yormaq olmaz. “Instagram”ımızı belə çox səliqəli şəkildə işlədirik. Yalnız yeni işimiz varsa, onun təqdimatını edirik. Gün ərzində filan yerə getdim, filan yerdə yemək yedim, filan brenddən aldım – bu tip şeylər bizlik deyil, çünki ulduzlar əlçatmaz olmalıdır. Təsəvvür edin, şəhərdə rahat gəzə bilmirik. Nə qədər az görünsən ,o qədər tələbatlı olacaqsan. Hətta hər gün efirə çıxmağın adı yoxdur, onsuz da çıxanlar çoxdur. Allah onları bol etsin, onların sayəsində ildə iki dəfə çıxa bilirik. Yəni rahat evimizdə rahat otura bilirik. Mən rahat adamam, mənə xoş deyilsə, efirə baxmıram”.

Geri qayıt