Əsas Səhifə > Güney Press > İsrailin Baş Qərargah rəisi gözlənilmədən Britaniyaya gedib

İsrailin Baş Qərargah rəisi gözlənilmədən Britaniyaya gedib


Bu gün, 12:52
İsrailin Baş Qərargah rəisi gözlənilmədən Britaniyaya gedib
İsrail Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-leytenant Herzi Halevi dünən Britaniyaya yollanıb.
"Israel Hayom" qəzetinin məlumatına əsasən, Halevinin səfəri Beynəlxalq Cinayət Məhkəməsinin Baş nazir Benyamin Netanyahu və sabiq müdafiə naziri Yoav Qallantın həbsinə dair order çıxarması, həmçinin İsrail və Livan "Hizbullah"ı arasında gözlənilən atəşkəs fonunda baş tutub.

Bildirilir ki, o, Britaniyada baş qərargah rəislərinin konfransına qoşulub, bir sıra ölkədən həmkarları ilə görüşlər keçirib. Yerli mətbuatda hərbi rəisin müharibə dövründə xaricə səfəri "qeyri-adi" qarşılanıb.

AzVision.az

Geri qayıt