Əsas Səhifə > Güney Press > Azərbaycanda 26 illik şirkət bölünür

Azərbaycanda 26 illik şirkət bölünür


Bu gün, 09:04
Azərbaycanda 26 illik şirkət bölünür
“F.S” ASC səhmdarlarının növbəti illik ümumi yığıncağı keçiriləcək.
İqtisadiyyat.az xəbər verir ki, yığıncaq gələn ilin yanvarın 10-na təyin olunub.

Gündəlikdəki məsələlər:

1. Cəmiyyətin 2023-cü və 2024-cü illər üzrə maliyyə hesabatlarının və maliyyə balansının təsdiq edilməsi.

2. 2023-cü və 2024-cü illərin dividendlərinin bölüşdürülməsi.

3. ASC-nin bölünməsi və bölünmə şəklində yenidən təşkili.

4. ASC-nin bölünmə balansının təsdiq edilməsinə və bölünmüş əmlakının təhvil verilməsi qaydasının müəyyən edilməsi.

5. ASC-nin bölünməsi nəticəsində yenidən təşkil edilən MMC-lərin təsis edilməsinə razılığın verilməsi.

6. ASC-yə məxsus səhmlərin ləğv edilməsi və dövriyyədən çıxarılması.

Qeyd edək ki, sözügedən şirkət 1998-ci ildə yaradılıb. 17386 manat nizamnamə kapitalına malik olan şirkətin qanuni təmsilçisi İbrahimov Oqtay Vəli oğludur.

Geri qayıt