Əsas Səhifə > Güney Press > Paşinyan saqqalını nə üçün qırxdığını açıqladı...
Paşinyan saqqalını nə üçün qırxdığını açıqladı...Bu gün, 09:44 |
Ermənistanın baş naziri Nikol Paşinyan niyə məhz indi saqqalını qırxdığını açıqlayıb və buna reaksiyanın onun üçün sürpriz olduğunu etiraf edib. Lakin qeyd edək ki, erməni hökumət başçısının müəmmalı cavablarından əslində yenə də bu səbəbin nə olduğunu anlamaq olmur. Moderator.az xəbər verir ki, “Armenpress” nəşrinin yaydığı məlumata görə, Paşinyan bu haqda Ermənistanın İctimai televiziyasına müsahibəsində danışıb. “Mən təraş etmək qərarına gələndə bunun üçün böyük qızımın ad gününü seçdim. İndi müsahibə efirə veriləndə digər qızlarım deyəcək: bəs bu, bizim doğum günü niyə olmadı ki? Düşünürəm ki, bu planda Aşot (oğlu - red.) o qədər də iddialı deyil və bu məsələni qaldırmayacaq”, - deyə o bildirib. Baş nazir 2018-ci ilin “məxməri” inqilabından sonra ilk dəfə nə üçün üzünü qırxdığını da açıqlayıb. "2018-ci ildə baş nazir postunu tutanda və hətta bir az əvvəl baş nazir seçiləcəyim bəlli olanda informasiya axınları cavabdan çox suallar yaratdı. Cavabım olmayan suallar çox idi. Bu suallarla bağlı özümə cavab verməkdə çətinlik çəkəcəyim bəlli idi , - deyə Paşinyan belə deyib. O, etiraf edib ki, 2020-ci ildə 44 günlük müharibədən sonra dörd il hər dəfə yatıb-durandan sonra özünə suallar verib. "Minlərlə dəfə qaldırılan suallar olub. Bu qərarı da verdiyim anda artıq özümə heç bir sualım qalmayıb. Özümə verdiyim bütün suallara cavab verdim. Və bu, yaxşıdır", - deyə Paşinyan təraş etmək qərarını izah edib. Geri qayıt |