Əsas Səhifə > Güney Press > ABŞ-da Nyu-York birjasını partlatmaq istəyən şəxs saxlanılıb
ABŞ-da Nyu-York birjasını partlatmaq istəyən şəxs saxlanılıbDünən, 18:06 |
ABŞ Federal Təhqiqatlar Bürosu Nyu-York birjasını bombalamağı planlaşdıran bir şəxsi saxlayıb. AzVision.az xəbər verir ki, bu barədə CBS News məlumat verir. "FTB agentləri Nyu-York Birjasını bombalamaq planı ilə bağlı Florida ştatından olan şəxsi saxlayıblar", -deyə məlumatda deyilir. Mənbə məhkəmə sənədlərinə istinad edir. Onlar göstərirlər ki, ABŞ-ın cənub-şərqində yaşayan Harun Əbdül-Malik Yener bomba yaratmaq üçün göstərişlərə əməl edib. İlkin məlumata görə, o, birjanı partlatmaq istəyib. O, özünü “Əl-Qaidə”nin keçmiş lideri Usamə bin Laden kimi hiss etdiyini də bildirib. Geri qayıt |