Əsas Səhifə > Güney Press > Daha bir ölkə elan etdi:

Daha bir ölkə elan etdi:


Dünən, 13:26
Daha bir ölkə elan etdi:
“Ukraynadakı eskalasiya və Kreml tərəfindən artan təhdidlər Qərb ölkələrini NATO-nun şərq flanqında mümkün toqquşmalara ciddi hazırlaşmağa məcbur edir. Əgər onlar başlayarsa, Böyük Britaniya ordusu Rusiya Prezidenti Vladimir Putinin qoşunlarına cavab verməyə hazırdır”.

Globalinfo.az xəbər verir ki, bunu Britaniya Müdafiə qərargahı rəisinin müavini Rob Maqovan deyib.

“Əgər Britaniya ordusundan indi vuruşmağı xahiş etsəydilər o, müharibəyə daxil olardı. Rusların Şərqi Avropaya müdaxiləsindən sonra bizim onlarla döyüşə girməyəcəyimizə şübhə edənlərin olduğunu düşünmürəm.”, – Maqovan bildirib.

Bununla belə “Blumberq” agentliyinə danışan ekspertlər Britaniya ordusunun 1700-cü ildən bəri ən pis vəziyyətdə olduğunu deyiblər. Onlar Britaniyanın ən yaxşı halda 1 aya 20-30 minlik diviziya yığa biləcəyini iddia ediblər. Üstəlik, 1994-2024-cü illər arasında ABŞ-ın zirehli texnikası 12%, Fransanın 14%, İtaliyanın 38%, Britaniya və İspaniyanın 47%, Almaniyanın 77%, digər NATO üzvlərinin ümumilikdə 53% azalıb. Hərbi təyyarələr gəlincə isə ABŞ-da azalma 41%, NATO ölkələrində isə 72% olub.

Geri qayıt