Əsas Səhifə > Güney Press > “Hyatt Regency Baku” yeni şəxsin idarəetməsinə keçir
“Hyatt Regency Baku” yeni şəxsin idarəetməsinə keçirDünən, 13:10 |
Bakıda ilk 5 ulduz kimi fəaliyyətə başlayan “Hyatt Regency Baku” hotelinə yeni baş direktor təyin edilib. Banker.az xəbər verir ki, Elgün Məmmədov Məmməd oğlu idarəedici şirkət olan “Bakı Hotel Kompani” QSC-nin direktoru təyin edilib. Buna qədər Kamran Heydərov Avtandil oğlu şirkətin direktoru kimi çalışırdı. Xatırladaq ki, “Hyatt Regency Baku” və ya “Bakı Hotel Kompani” QSC 1998-ci ildən bu tərəfə fəaliyyət göstərir. Şirkətin 27 118 400 milyon manat nizamnamə kapitalına sahibdir. Qeyd edək ki, 2021-ci ilin noyabrına qədər hoteli “Baku Hotel Company” şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyi tərəfindən idarə olunurdu. Hazırda qeyd edilən hotel “Bakı Hotel Kompani” QSC-yə məxsusdur. Geri qayıt |