Əsas Səhifə > Güney Press / Ana xəbər > Əhəd Abıyevlə Rafil Hüseynov niyə yola getmirlər?
Əhəd Abıyevlə Rafil Hüseynov niyə yola getmirlər?14-04-2014, 09:39 |
![]() Masallının icra başçısı Rafil Hüseynovla Daşkəsən rayonunun rəhbəri Əhəd Abıyev arasında xeyli müddət imiş narazılıq baş qaldırıbmış. JAM.AZ-a daxil olan məlumata görə, prosesə ilk olaraq Abıyev başlasa da, sonradan təşəbbüs Hüseynovun əlinə keçib. Məlumatda deyilir ki, Əhəd Abıyevin Masallıda özünə məxsus ticarət obyektlərini qoruyub-saxlamaq istəyi, əvvəlcə onun Rafil Hüseynova В«xoxВ» gəlməsi həvəsini qaldırıb. Nəticədə, tərəflər arasında yaşanan xoşagəlməzliklər qısa müddətdətdə dayandırılıb. Keçmiş deputat və hazırda Daşkəsənin icra başçısı işləyən Abıyev manevrlərini dəyişməyə başlayıb. JAM.AZ-a verilən məlumata görə, Əhəd Abıyev Rafil Hüseynovun əleyhinə istər rayonda, isətrsə də mətbuatda bəzi təbliğat işləri aparır. Amma Rafil Hüseynov da prosesdən kənarda qalmayıb və o da müavinlərinin birinin əliylə Əhəd Abıyevə qarşı olduqca qapalı bir əks hücum təşkil edib. Həmin hücum Abıyevlərin rayondakı obeyktləri ilə bağlıdır və Masallının icra başçısı onların bir qismini ələ keçirmək fikrindədir. Bu məqsədlə yeni bir planın işə salındığını iddia edən mənbənin sözlərinə görə, yaxın vaxtlarda rayonda mərəkə qopacaq. Yazıda adları keçən şəxslərin də mövqeyini dərc etməyə hazırıq. Geri qayıt |