Əsas Səhifə > Güney Press > "BMT-nin qətnamələrini görməzdən gələn müstəmləkəçilər...
"BMT-nin qətnamələrini görməzdən gələn müstəmləkəçilər...Bu gün, 10:58 |
“Azərbaycanın istənilən uğuru Qərb dairələri üçün qorxulu bir yuxudur. Azərbaycan bu uğurları, bu fəaliyyəti ilə dünyanın diqqət mərkəzində olan mövzular ətrafında çox ciddi platformalar qurmaqla antiaAzərbaycan mövqeyində olan qüvvələrin bütün fəaliyyətlərini heçə endirir”. Bu barədə Bizimyol.info xəbər portalına Milli Məclisin deputatı Azər Allahverənov danışıb. Deputat qeyd edib ki, “Qoşulmama Hərəkatı”na 4 illik sədrlik, ondan sonrakı proseslərdə həmsədr kimi, “Qoşulmama Hərəkatı”nın bir üçlüyü yaradıldı. Azərbaycanın 3 il ərzində bu prosesdə fəal olması və sonrakı mərhələdə COP29-la bağlı vahid qərarın verilməsi, “COP28-29-30”-u əhatə edən Birləşmiş Ərəb Əmirlikləri, Azərbaycan və Braziliyanı əhatə edən bir üçlüyün yaradılması bir neçə illik perspektivə hesablanmış bir fəaliyyətdir. “Burada da Azərbaycan praqmatik siyasəti ilə, ümumplanetar mahiyyət kəsb edən mövzular ətrafında bütün mütərəqqi qüvvələri səfərbər edərək, bir yumruq şəklində ümumdünya miqyasında bu siyasəti həyata keçirir. Bu siyasət onlar üçün başbəlasına çevrilib. Ən azından “Qoşulmama Hərəkatı”nda “Bakı Təşəbbüs Qrupu”nun fəaliyyəti, yeni mütəmləkəçiliyə qarşı çox fəal mübarizə aparır. Ada dövlətləri, bu gün müstəmləkəçilikdən əziyyət çəkən bir çox dövlətlər faktiki olaraq bu gün Azərbaycan ətrafında və Azərbaycanın çağırışları ətrafında səfərbər olurlar. Çünki Azərbaycanın çağırışları beynəlxalq hüququn təmin olunması ilə bağlıdır. Onlar Azərbaycanın yanında olmaqla, həm də beynəlxalq hüququn yanındadırlar. Beynəlxalq hüquq da bütün rıçaqlardan istifadə edərək, hüquqlarını təmin edir. Məsələn, BMT-nin müstəmləkəçiliyə son qoyulması ilə bağlı qətnamələri var idi. Bir sıra dövlətlər var ki, bunu tamamilə inkar edir. BMT-nin qətnamələrini belə görməzdən gələrək özlərinin yeni müstəmləkəçilik siyasətini davam etdirməklə, həmin dövlətlərin təbii sərvətlərini çox sərt şəkildə istismar edirdilər. ”-deyə deputat bildirib. Geri qayıt |