Əsas Səhifə > Güney Press > Saxta nikah xidməti göstərən azərbaycanlı həbs olundu

Saxta nikah xidməti göstərən azərbaycanlı həbs olundu


21-11-2024, 17:02
Saxta nikah xidməti göstərən azərbaycanlı həbs olundu
Moskvanın Butırski Məhkəməsi qondarma nikahlar vasitəsilə qanunsuz miqrasiyanı təşkil etməkdə ittiham olunan iki kişi və bir qadına hökm oxuyub.

Lent.az Rusiya mediasına istinadla bildirir ki, azərbaycanlı Mürsəl Əhmədov və Viktor Çetaykin ümumi rejimli həbsxanada 4 və 3,5 il, Tatyana Abramova isə 3 il sınaq cəzası alıb.

İstintaq və məhkəmə müəyyən edib ki, həmin şəxslər əcnəbiləri və rusları saxta nikahlara cəlb ediblər. Bu da ölkədə müvəqqəti yaşamaq icazəsi almağa imkan verib. Onlar həmçinin müştərilərə sənədləşmə işlərində də kömək ediblər.

Geri qayıt