Əsas Səhifə > Güney Press > Azərbaycanda nağd pulla alış-verişə tam qadağa?
Azərbaycanda nağd pulla alış-verişə tam qadağa?Dünən, 19:00 |
Azərbaycanda qiymətli daşların və onlardan hazırlanan məhsulların nağdsız qaydada satılmasına görə maliyyə sanksiyasının tətbiq olunmasl təklif edilir. Bunu İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Baş idarə rəisi Nicat İmanov Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında bildirib. Onun sözlərinə görə, bununla əlaqədar Vergi Məcəlləsində, "Nağdsız hesablaşmalar haqqında" qanuna uyğun olaraq dəyişiklik edilməsi nəzərdə tutulur. "Dəyişikliklərə səbəb Avropa Şurasının MONEYVAL komitəsinin tələbidir", - deyə vergi rəsmisi qeyd edib. Bu təklif qəbul olunacağı təqdirdə alqı-satqı necə olacaq? Məsələn, brilyantı necə alacağıq? Mövzu ilə bağlı “Cebheinfo.az”-a açıqlamasında iqtisadçı ekspert Akif Nəsirli bildirib ki, bu gün Azərbaycanda nağd kağız pul işləyirsə, hər hansı bir məhsulun nağdsız satışı qadağan oluna bilməz: “İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Azərbaycanda iqtisadiyyatı çökdürməyə yönəlik çox ciddi siyasət aparır. Avropanın hansısa əhəmiyyətsiz bir qurumu nağdsız hesablaşmalara görə tələb irəli sürüb və biz də bunu dərhal həyata keçirmək istəyirik. Bu doğru deyil. O ölkələrdəki belə məhsulların nağdsız satılması dayandırılır, orada kağız pul rəmzi xarakter daşıyır. Yəni, Azərbaycanda hər hansı bir məhsulun açıq bazarda nağdsız satılmasına qadağa qoymaq ağılasığmazdır. Mən hesab edirəm ki, parlament bu qərarın əleyhinə səs verməlidir. Bu qəbildən olan qərarlar Azərbaycan iqtisadiyyatına zərbə vurur”. Akif Nəsirli qeyd edib ki, yalnız stimullaşdırma yolu ilə vətəndaşları nağdsız hesablaşmalara cəlb etmək olar: “Yalnız qiymətli daşlar deyil, gələcəkdə yəqin digər məhsulların da nağdsız satışına qadağa qoyulacaq. Ümumiyyətlə, alış-verişdə, ticarətdə nağd hesablaşmalara qadağa düzgün deyil. Hökumət nağdsız hesablaşma sistemini o qədər cəlbedici etməlidir ki, vətəndaşlar özləri alqı-satqı zamanı etibarlılıq üçün nağdsız hesablaşmalara müraciət etsin. Nağdsız hesablaşmalara keçid qadağa ilə, qanunla qüvvəyə minməməlidir. Digər sahələrdə də bunun əleyhinyəm. Biz elə sistem qurmalıyıq ki, vətəndaşlar özləri nağd deyil, nağdsız hesablaşmalara üstünlük versinlər”. Geri qayıt |