Əsas Səhifə > Güney Press > Rayon rəhbəri Birinci Qarabağ Müharibəsi şəhidi Fəqan Həmidovun ailəsini ziyarət edib

Rayon rəhbəri Birinci Qarabağ Müharibəsi şəhidi Fəqan Həmidovun ailəsini ziyarət edib

Bu gün, 14:59
Rayon rəhbəri Birinci Qarabağ Müharibəsi şəhidi Fəqan Həmidovun ailəsini ziyarət edib
Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov, Səfərbərlik
və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon şöbəsinin rəisi Pərviz
Hüseynov və YAP rayon təşkilatının sədri Eldar Əsədovla birlikdə Yuxarı
Qaradağlı kəndində Birinci Qarabağ Müharibəsi şəhidi Həmidov Fəqan
Zahid oğlunun ailəsini ziyarət edib, onların problemləri və qayğıları ilə
maraqlanıb.
Görüşdə rayon rəhbəri Birinci Qarabağ müharibəsində, 44 günlük Vətən
müharibəsində və lokal xarakterli antiterror əməliyyatları zamanı tərtərli
oğulların döyüşlərdə göstərdiyi sücaətlərdən söhbət açıb, hər birinin qısa,
lakin mənalı ömür yolunun gənclərə örnək olduğunu, belə igid oğullar
böyütdükləri üçün şəhid valideyinləri qarşısında baş əydiyini bildirib,
qazanılan tarixi zəfərdən sonra işğaldan azad olunmuş torpaqlarda aparılan
nəhəng quruculuq işlərindən söhbət açıb.
Rayon rəhbəri dövlətimizin başçısı cənab İlham Əliyev və Birinci vitse-
prezident Mehriban xanım Əliyevanın hər zaman şəhid ailələrinə diqqət və
qayğı ilə yanaşdığını, dövlət başçısının hər kəsə şəhid və qazi ailələrinin
problemlərinə həssaslıqla yanaşmağı tapşırdığını bildirib.
Qeyd edək ki, şəhid Fəqan Həmidov 1971-ci il mart ayının 27-də Tərtər
rayonunun Qarağacı inzibati ərazi vahidinin Qaradağlı kəndində anadan
olub. Qapanlı kənd 8 illik məktəbində və 96 nömrəli Texniki Peşə
Məktəbində təhsil almışdır. Texniki peşə təhsilini başa vurduqdan sonra öz
kəndlərində kolxozda sıravi koxozçu işləyirdi. 1991-ci ilin iyun ayında
keçmiş Sovet Ordusu sıralarına həqiqi hərbi xidmətə getmişdi. SSRİ
dağıldıqdan sonra hərbi xidmətini yarımçıq qoyub doğma vətənə qayıdır və
Milli Ordu sıralarında xidmətini davam etdirir. Milli Ordunun tərkibində
Ağdərə bölgəsində erməni işğalçılarına qarşı aparılan döyüşlərdə iştirak
etmişdir. 1992-ci il sentyabr ayının 19-da keçmiş Ağdərə rayonunun
Çıldıran kəndi uğrunda gedən döyüşlərdə şəhid olub. Subay idi.
Şəhidin ailə üzvləri şəhid ailələrinə və qazilərə göstərilən diqqət va qayğıya
görə Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevə və Birinci
vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.

Geri qayıt