Əsas Səhifə > Güney Press > Azərbaycanın şərab şirkəti səhmdarlarını

Azərbaycanın şərab şirkəti səhmdarlarını


21-11-2024, 10:51
Azərbaycanın şərab şirkəti səhmdarlarını
21 dekabr 2024-cü il saat, 11.00-da “Samux Şərab-3” ASC-nin səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcək.

FED.az xəbər verir ki, yığıncaq Samux rayonu, Alıuşağı kəndində cəmiyyətin inzibati binasında baş tutacaq.

İclasın gündəliyində aşağıdakı məsələlər daxildir:

1. Cəmiyyətin 2023-cü ilin yekunlarına aid maliyyə-təsərrüfat fəaliyyəti barədə hesabatı; 2. Cəmiyyətin nizamnaməsinin yeni redaksiyada təsdiqi;

3. Cəmiyyətin Ümumi yığıncağ və İcra orqanı haqqında Əsasnamələrinin təsdiqi

4. Cəmiyyətin icra orqanının seçilməsi;

5. Cəmiyyətin balansında olan istifadəyə yararsız əsas vəsaitlərin özgəninkiləşdirilməsi məsələsinin müzakirəsi;

Növbədənkənar yığıncağın gündəliyi üzrə materiallarla cəmiyyətin yerləşdiyi Samux rayonu, Alıuşağı kəndində cəmiyyətin inzibati binasında tanış olmaq mümkündür.

Ümumi yığıncaqda bütün səhmdarların şəxsiyyətini təsdiq edən sənədlə iştirakı vacibdir.

Əlaqə telefonu: (050) 891 10 50

Geri qayıt