Əsas Səhifə > Güney Press, Partiya > “Bu gün deyə bilərik ki, məqsədimizə nail olduq”
“Bu gün deyə bilərik ki, məqsədimizə nail olduq”Bu gün, 06:23 |
Qərbin anti-Azərbaycan dairələrinin, onların nəzarətində olan şəbəkənin, erməni lobbisi və ermənipərəst qüvvələrin COP29-un gözdən salınmasına yönəlmiş məqsədyönlü fəaliyyəti göz önündədir. Azərbaycan bacardığı qədər Qərbin bu fəaliyyətini ifşa etməyə çalışıb. Milli Məclisin deputatı Ceyhun Məmmədov Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, Azərbaycanın COP-a ev sahibliyi etməyə başladığı gündən bəri biz bu kampaniyanı görmüşük. Ermənipərəst qüvvələr və bir sıra digər dövlətlər Azərbaycana qarşı kampaniyaya başlamışdılar. Deputat hesab edir ki, onlara ən yaxşı cavab cənab prezidentin cavabı oldu ki, “mənim onlara pis xəbərim var, Azərbaycan artıq bu tədbiri keçirdi”. “Bu gün deyə bilərik ki, məqsədimizə nail olduq”-deyə deputat bildirib. İfşa məsələsinə gəldikdə, deputat qeyd edib ki, bununla bağlı ötən dövrdə həm yerli, həm xarici mətbuatda Azərbaycan fəal bir iş apardı: “Xüsusilə, COP-un keçirildiyi müddətdə bu qüvvələri ifşa edəcək çox sayıda açıqlamalar verildi. Azərbaycana qarşı aparılan kampaniya, atılan addımlar fonunda cənab prezidentin açıqlamalarını qeyd etməliyik. Cənab prezident çox yaxşı və möhtəşəm açıqlamalar verdi, Ermənistanı tamamilə ifşa etmiş oldu. Bu proses davam etməlidir. Çünki, bu qüvvələrin bizə qarşı düşmənçiliyi, təxribatçı addımları davam edəcək. Uzun müddət çalışacaqlar ki, Azərbaycana qarşı təxribatlara davam etsinlər. Ona görə biz də bütün bunlara baxmayaraq çalışmalıyıq ki, bütün təxribatların qarşısını alaq. Həm ölkəmizdə keçirilən tədbirlər, həm beynəlxalq müstəvidə keçirilən tədbirlər səviyyəsində bu işlərin qarşısı alınır və gələcəkdə də alınacaq. Həm yerli mətbuatda, həm xarici mətbuatda bizim onlara ən tutarlı cavabımız, gördüyümüz işlər və həyata keçirdiyimiz tədbirlərdir. Bütün bunlar bizim əldə etdiyimiz uğurlar kimi qiymətləndirilməlidir”-deyə Ceyhun Məmmədov qeyd edib. Geri qayıt |