Əsas Səhifə > Güney Press > "Hizbullah" ABŞ-nin atəşkəs təklifi ilə razılaşıb"
"Hizbullah" ABŞ-nin atəşkəs təklifi ilə razılaşıb"Bu gün, 11:18 |
"Livan hökuməti və "Hizbullah" terror təşkilatı İsraillə atəşkəs üzrə Vaşinqtonun təklifinə müəyyən şərtlərlə razılıq verib". Bu barədə Livanın parlament sədrinin köməkçisi Əli Həsən Xəlil "Reuters" agentliyinə bildirib. Onun sözlərinə görə, yazılı cavab ABŞ-nin Livandakı səfirinə artıq çatdırılıb. Hazırda ABŞ Prezidentinin xüsusi müşaviri Emos Hokşteynin yekun danışıqlarla bağlı Beyruta səfəri gözlənilir. İsrail tərəfi bu məsələyə dair hələlik şərh verməyib. Xatırladaq ki, Yaxın Şərqdə müharibələri bitirmək vədi ilə yenidən ABŞ Prezidenti seçilmiş Donald Tramp, öz vədinə əsasən, İsrailin strateji işlər naziri Ron Dermer ilə görüşü zamanı "İsrail və "Hizbullah" terror təşkilatı arasında atəşkəsə razılıq verib. Məlumata görə, o, Dermerin diqqətinə çatdırıb ki, "bu prosesin 2025-ci il yanvarın 20-də rəsmi vəzifəyə başlamazdan əvvəl həyata keçiriləcəyinə ümidvardır". Eyni zamanda, Co Baydenin xüsusi müşaviri Emos Hokşteyn Beyruta son aylarda bir neçə dəfə səfərə gedərək, Vaşinqtonun atəşkəs planı ətrafında Livan hökuməti ilə danışıqlar aparıb. Digər tərəfdən, "Hizbullah"ın himayədarı İranın da İsraillə müharibəni baş çatdırmaq istədiyi bildirilir. "The New York Times" qəzeti ötən həftə sonu diqqətə çatdırıb ki, Tehran bu barədə təşkilata artıq lazımi mesajı verib. AzVision.az Geri qayıt |