Əsas Səhifə > Güney Press > Əmək münasibətləri sahəsində işəgötürənin əsas vəzifələri...
Əmək münasibətləri sahəsində işəgötürənin əsas vəzifələri...Bu gün, 08:30 |
İşçiləri maraqlandıran və narahat edən sual və hüquqların əksəriyyəti Əmək Məcəlləsi ilə işəgötürənin əsas vəzifələrinə aiddir. Əmək münasibətləri sahəsində işəgötürənin əsas vəzifələri isə bunlardır: 1. Əmək müqaviləsinin şərtlərinə və onlarda nəzərdə tutulan öhdəliklərə əməl etmək. 2.Əmək Məcəlləsi və əmək qanunvericiliyinə aiddigər normativ hüquqi aktların tələblərini yerinə yetirmək. 3. İşçilərlə - Əmək müqaviləsini bağlayarkən və ləğv edərkən, AR-nın Əmək Məcəlləsinin tələblərinə əməl etmək. 4. Kollektiv müqavilə və sazişlərin şərtlərinə, onlarda nəzərdə tutulmuş öhdəliklərə əməl etmək. 5. Fərdi, kollektiv əmək mübahisələri üzrə məhkəmə qərarlarını yerinə yetirmək. 6. İşçilərin: ərizə və şikayətlərinə qanunla nəzərdə tutulmuş müddətdə və qaydada baxmaq və cavab vermək. 7. İşçilərin: əmək, maddi, sosial və məişət şəraitinin, onların ailəsinin rifah hallarının yaxşılaşdırılması üçün əsasnaməsinə və ya nizamnaməsinə, kollektiv müqaviləyə uyğun olaraq zəruri tədbirlər görmək. 8. İşə qəbul, işdə irəli çəkilmək, əmək haqqı təyin edərkən, işdən azad edərkən ayrı seçkilik yaratmadan işçilərə eyni yanaşmaq və bərabər imkanlar yaratmaq. 9.“Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq əlilliyi olan şəxslərin digər şəxslərlə bərabər səviyyədə əmək fəaliyyəti ilə məşğul olmasını təmin etmək. 10. İşçilərin əmək hüquqlarını pozan, əmək müqaviləsi üzrə öz öhdəliklərini yerinə yetirməyən - işəgötürən qanunvericiliklə müəyyən olunmuş qaydada: maddi, mənəvi, inzibati və cinayət məsuliyyəti daşıyır. Azər Quliyev Neftçilərin Hüquqlarının Müdafiəsi Təşkilatının Eksperti - "DİA-AZ" (dia-az.life) Geri qayıt |