Əsas Səhifə > Güney Press > Azərbaycan düşməni olan şovinistdən

Azərbaycan düşməni olan şovinistdən


Bu gün, 17:10
Azərbaycan düşməni olan şovinistdən
Azərbaycana qarşı düşmənçiliyi ilə tanınan İran şovinisti, Ərdəbilin imam-cüməsi Seyid Həsən Ameli növbəti sərsəm açıqlqması ilə gündəmə gəlib.

“Bakı konfransında (COP29 nəzərdə tutulur-red.) iştirak etmədiyinə görə İran Prezidentinə ürəkdən təşəkkür edirəm”.

“Cebheinfo.az”-ın məlumatına görə, Ameli belə deyib. “50 min müsəlman qadın və uşaqdan ibarət qatili (İsraili nəzərdə tutur- red.) dəvət etmək təhqirdir.

Biz qəzəblənirik. Biz öz ikrah hissimizi bildiririk”, - deyə Həsən Ameli bildirib. Amma Həsən Ameli 35 il Azərbaycan vətəndaşı olan minlərlə müsəlman qadının və uşağın ermənilər tərəfindən qətl edilməsini pisləməyib, İran-Ermənistan qardaşlığına ikrah hissini bilməyib.

Geri qayıt