Əsas Səhifə > Güney Press > Paşinyan seçkilərə belə hazırlaşır
Paşinyan seçkilərə belə hazırlaşırBu gün, 15:48 |
“Son hadisə Paşinyanın hökumətin iclasında təhlükəsizlik qüvvələri ilə bağlı tənqidlərinin məntiqi davamıdır”. Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bunu yerli siyasi ekspert Vigen Akopyan son istefalar seriyasından danışarkən deyib. “Paşinyan oğurlanmış pulların qaytarılması üçün məhkəmələrin keçirilməsini əmr edib. Bundan başqa, büdcənin artacağına, insanların daha yaxşı yaşayacağına söz verib. Bununla Paşinyan mahiyyətcə hüquq sisteminin sabotajla məşğul olduğunu dedi. O, əmrlərinin yerinə yetirilmədiyini etiraf edib. Bu o deməkdir ki, dövlət sistemi səmərəsizdir və Nikol Paşinyanın göstərişlərinə məhəl qoymur”, - deyə Akopyan bunun fonunda başqa istefaların gözlənildiyini bildirib. Akopyanın fikrincə, Paşinyan sadəcə olaraq seçkilərə hazırlaşır. “O, hələ də bunun fövqəladə və ya müntəzəm olduğunu bilmir, amma seçki işini doldurmağa çalışır. O, iki vəd sayəsində hakimiyyətdə qaldı. Birincisi, bu, daxili siyasi məsələdir - pullarını öz elektoratına paylayacaq. İkincisi, xarici siyasət məsələsi sülh müqaviləsinin bağlanmasıdır. Əslində, hazırda bunların heç birini etməyib, amma seçkilərin yaxınlaşması ilə bu mövzu onu narahat edir”, - deyə erməni ekspert bildirib. Geri qayıt |